FRANSIZ QADIN YENİ İL GECƏSİ TƏYYARƏDƏ DOĞMUŞDUR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Yeni il gecəsi Lion-La Reünion reysi ilə uçan təyyarənin sərnişinləri gözlənilməz hadisə ilə qarşılaşmışlar. Təyyarə səmaya qalxdıqdan 5 saat sonra bələdçi bir qadının tualetdə uzun müddət qalmasından şübhələnmiş, onu sorğu-suala tutarkən qadının uşağı olduğunu öyrənmiş və bu barədə kapitana məlumat vermişdir.
Səmaya 170 sərnişinlə qalxan təyyarə 171 sərnişinlə yerə enmişdir. 25 yaşlı gənc ana və onun körpəsi xəstəxanaya yerləşdirilmişdir. Həkimlərin sözlərinə görə, ana və körpənin vəziyyəti normaldır.
Hamiləliyin yeddinci ayına çatan qadınların təyyarələrdə uçuşuna qadağa qoymuş şirkətin nümayəndələri bu qadının hansı yolla təyyarəyə mindiyinə təəccüb qalmışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [13:50]
Qətərin şimalında neft tankeri vurulub, xəsarət alanlar var
- 08.10.2026 [12:57]
“Samsung” rüblük əməliyyat gəlirlərindəki rekordunu yeniləyib
- 08.10.2026 [12:22]
Fransa: Marin Lö Penin 140 milyard avroluq qənaət planı tənqid olunub
- 08.10.2026 [12:04]
Pakistanda 9 terrorçu zərərsizləşdirilib
Beynəlxalq səyyahlar Şuşada
- [13:30]
Bu saata olan əsas xəbərlər
- [12:01]
ABŞ-nin neft ehtiyatları azalır
- [11:19]