Futbol tarixinin ən yaxşı “11-liy”i açıqlanıb
Bakı, 14 dekabr, Nicat Məmmədov, AZƏRTAC
“France Football” nəşri futbol tarixində xəyalların komandasını açıqlayıb.
AZƏRTAC xəbər verir ki, ən yaxşı “11-liy”ə hazırda karyerasını davam etdirən 2 oyunçunun adı daxil edilib. Bunlar İspaniyanın “Barselona” klubunun kapitanı Lionel Messi və İtaliyanın “Yuventus” komandasının hücumçusu Kriştiano Ronaldodur.
Rəmzi heyət 3-2-2-3 taktiki sxemi üzərində hazırlanıb.
Ən yaxşı “11-lik”də Lev Yaşin (Rusiya), Kafu (Braziliya), Frants Bekkenbauer (Almaniya), Paolo Maldini (İtaliya), Lotar Matteus (Almaniya), Xavi Ernandes (İspaniya), Dieqo Maradona (Argentina), Pele (Braziliya), Lionel Messi (“Barselona”, İspaniya), Luis Nazario de Lima Ronaldo (Braziliya), Kriştiano Ronaldo (“Yuventus”, İtaliya) yer alıb.
Qeyd edək ki, xəyalların komandasını “Qızıl top” mükafatının səsverməsində iştirak edən 140 nəfər jurnalistdən ibarət münsiflər heyəti müəyyənləşdirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [14:09]
Dünya Kuboku: Azərbaycan üzgüçüləri yeni rekordlara imza atıblar
- 02.10.2026 [12:52]
Azərbaycanın 4 taekvondoçusu beynəlxalq turnirdə mübarizə aparacaq
- 02.10.2026 [12:41]
AMADA Parisdə keçirilən beynəlxalq iclasda təmsil olunub
- 02.10.2026 [12:12]
UEFA Millətlər Liqası: Azərbaycan – Litva matçının hakimləri bəlli olub
- 02.10.2026 [12:07]