FUTBOL ÜZRƏ AZƏRBAYCAN ÇEMPİONATININ İLK TURUNDA SENSASİYA QEYDƏ ALINMIŞDIR
AZƏRTAC xəbər verir ki, 16-cı ölkə futbol çempionatının birinci turu başa çatmışdır.
Turun ən gözlənilməz hesabı Tofiq Bəhramov adına Respublika stadionunda qeydə alınmışdır. Ötən mövsüm ölkə çempionatının gümüş mükafatçısı “Neftçi” gözlənilmədən doğma meydanda “Turan”a 1:2 hesabı ilə məğlub olmuşdur.
Yüksək yerlər uğrunda mübarizə aparmağı qarşısına məqsəd qoyan “İnter” bu ildən güclülər dəstəsinə vəsiqə qazanmış “Masallı” komandasının qapısından 3 cavabsız top keçirmişdir.
Ötən mövsüm “Gilan” adı ilə çıxış etmiş “Qəbələ” komandası isə səfərdə güclülər dəstəsinin digər yeni təmsilçisi - “Standard” üzərində 1:0 hesabı ilə qələbə qazanmışdır.
Çempionata hazırlığı Türkiyədə keçirmiş və heyətinə bir neçə güclü oyunçu cəlb etmiş “Qarabağ” səfərdə “Simurq”a 0:1 hesabı ilə məğlub olmuşdur.
Yevlaxda isə ötən çempionatın qalibi “Xəzər-Lənkəran” yerli “Karvan”dan güclü olmuşdur - 1:0.
“Bakı” - “Gənclərbirliyi” görüşü isə meydan sahiblərinin qələbəsi ilə başa çatmışdır - 3:1.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [13:00]
“Bavariya”nın futbolçusu Fransa millisində tarixi göstəriciyə imza atıb
- 06.10.2026 [12:44]
“Barselona” braziliyalı hücumçu ilə müqavilənin müddətini uzadıb
- 06.10.2026 [11:38]
Azərbaycanın daha 5 boksçusu U-17 Avropa çempionatında mərhələ adlayıb
- 06.10.2026 [11:09]
Azərbaycan Kubokunda I təsnifat mərhələsinin təyinatları açıqlanıb
- 06.10.2026 [10:57]