Futbol üzrə Azərbaycan çempionatının XXIII turunun oyunlarının vaxtı müəyyənləşib
Bakı, 1 aprel, AZƏRTAC
Futbol üzrə Topaz Premyer Liqasının XXIII turunun oyunlarının vaxtı müəyyənləşib.
AZƏRTAC Peşəkar Futbol Liqasının saytına istinadla xəbər verir ki, XXIII turun oyunları iki günü əhatə edəcək.
Tura aprelin 6-da saat 16:00-da “Kapital Bank Arena”da “Sumqayıt”-“Keşlə” görüşü ilə start veriləcək. Həmin gün keçiriləcək “Neftçi”-“Zirə” oyunu isə saat 18:00-da başlayacaq. Qarşılaşma “Bakcell Arena”da keçiriləcək.
İkinci günün ilk oyunu aprelin 7-də Qəbələ şəhər stadionunda baş tutacaq. Saat 14:00-da təşkil olunacaq oyunda “Qəbələ” komandası “Qarabağ”ı qəbul edəcək. Tura “Əlincə Arena”da “Sabah” - “Səbail” oyunu ilə yekun vurulacaq. Həmin görüş 16:30-da start götürəcək.
Turun bütün görüşləri “CBC Sport” kanalı ilə birbaşa yayımlanacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [12:13]
Azərbaycanın sərbəst güləş millisi dünya çempionatına Qubada hazırlaşır
- 12.10.2026 [12:07]
Tahir Süleymanov: Uşaq futbolunda real nəticələr görmək istəyirik
- 12.10.2026 [11:55]
“Qalatasaray” – “Barselona” oyunu öncəsi 9 nəfər saxlanılıb
- 12.10.2026 [11:41]
Baş katib: Uşaq futbolunun inkişafı üçün vacib addımlar atılır
- 12.10.2026 [11:31]
AFFA yeni layihələrini ictimaiyyətə təqdim edib
- 12.10.2026 [10:47]
Montella Türkiyə millisindən ayrılması ilə bağlı təsirli paylaşım edib
- 12.10.2026 [10:17]