Futtennis üzrə Azərbaycan Super Liqasına start verilib
Bakı, 15 dekabr, AZƏRTAC
Futtennis üzrə Azərbaycan Super Liqasına start verilib.
Azərbaycan Futtennis Assosiasiyasından AZƏRTAC-a bildiriblər ki, “Marafon” İdman Klubunda keçirilən ilk turun qarşılaşmalarında təcrübəli mütəxəssis Nadir Qasımovun rəhbərlik etdiyi “Şuşa” və “Neftçi” idman klubları inamlı qələbə qazanıb. “Yasamal” və “NUR” komandaları arasında baş tutan görüşdə qalib yalnız üçüncü hissədə məlum olub.
Çempionatın ilk turunda qələbə qazanan daha bir klub isə “Yeni Günəşli”dir. Ümumiyyətlə, tur ərzində keçirilən görüşlər aşağıdakı hesabla başa çatıb:
“Şuşa” - “Zirvə” - 2:0
“Xəmsəfan” (Gəncə) - “Neftçi” - 0:2
“Yasamal” - “NUR” - 2:1
“Yeni Günəşli” - “Xilə” - 2:0.