Futvole üzrə “Qızmar Bakı qumu” adlı turnir keçiriləcək
Bakı, 21 iyul, AZƏRTAC
Bakı Su İdmanı Sarayında Azərbaycan Futnet Assosiasiyasının təşkilatçılığı ilə futvole (çimərlik voleybolu və futbolun sintezi) üzrə “Qızmar Bakı qumu” adlı turnir keçiriləcək.
AZƏRTAC xəbər verir ki, iyulun 29-da baş tutacaq turnirdə kişi və qadın komandaları iştirak edəcəklər.
Kişilərin yarışında səkkiz futvole kollektivi iki qrupda mübarizə aparacaq. Qrupda ilk iki yeri tutan komandalar yarımfinala vəsiqə qazanacaqlar.
Qrup çərçivəsində mübarizə aparacaq qadın idmançılar arasında yığmamızın üzvləri də var.
Qeyd edək ki, "Qızmar Bakı qumu" yarışı avqustun 5-6-da paytaxtımızda keçiriləcək futvole üzrə beynəlxalq turnirə hazırlıq xarakteri daşıyır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [12:05]
Azərbaycan idmançıları savat üzrə Avropa çempionatında 2 medal qazanıblar
- 29.09.2026 [11:51]
Afrika Millətlər Kuboku üçün alternativ ev sahibləri axtarılır
- 29.09.2026 [11:23]
Bakıdakı Dünya Kubokunda 44 ölkədən 216 üzgüçü mübarizə aparacaq
- 29.09.2026 [11:02]
“Xankəndi” klubunun yeni baş məşqçisi bəlli olub
- 29.09.2026 [10:21]
Avarçəkmə və kanoe üzrə Mingəçevir Reqatası bu gün Füzulidə start götürəcək
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]
Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub
- 28.09.2026 [23:56]
Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb
- 28.09.2026 [23:04]
Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
- 28.09.2026 [22:45]