Futzal üzrə Azərbaycan millisinin təlim-məşq toplanışları və yoldaşlıq oyunları üçün heyəti açıqlanıb
Bakı, 1 aprel, AZƏRTAC
Futzal üzrə Azərbaycan milli komandasının təlim-məşq toplanışları və yoldaşlıq oyunları üçün heyəti açıqlanıb.
AZƏRTAC AFFA-nın saytına istinadla xəbər verir ki, heyətdə Fərid Atakişiyev, Namiq Məmmədkərimov, Samir Həmzəyev, Emin Kürdov (“EKOL”), Rövşən Hüseynli, Rizvan Fərzəliyev, Oktay Rüstəmli, Nihad İsmayılov, Xətai Bağırov (“Araz”), Vitali Borisov (“Neftçi”), Sezar de Angelis Conatan Luiz (“Jetisu”, Qazaxıstan), Teles Martins Tiaqo (“Norilskiy Nikel”, Rusiya), Everton Kardoso (“Levante”, İspaniya), Fineo de Arauxo (“IPC Pelindo”, İndoneziya) yer alıblar.
Millimizin təlim-məşq toplanışı aprelin 8-9-da Bakıda, aprelin 10-dan 12-dək Latviyada, 13-dən 17-dək isə Serbiyada təşkil olunacaq. Toplanış çərçivəsində millimiz aprelin 11-də və 12-də Latviya, 15-də və 16-da isə Serbiya yığma komandaları ilə yoldaşlıq oyunları keçirəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [12:13]
Azərbaycanın sərbəst güləş millisi dünya çempionatına Qubada hazırlaşır
- 12.10.2026 [12:07]
Tahir Süleymanov: Uşaq futbolunda real nəticələr görmək istəyirik
- 12.10.2026 [11:55]
“Qalatasaray” – “Barselona” oyunu öncəsi 9 nəfər saxlanılıb
- 12.10.2026 [11:41]
Baş katib: Uşaq futbolunun inkişafı üçün vacib addımlar atılır
- 12.10.2026 [11:31]
AFFA yeni layihələrini ictimaiyyətə təqdim edib
- 12.10.2026 [10:47]
Montella Türkiyə millisindən ayrılması ilə bağlı təsirli paylaşım edib
- 12.10.2026 [10:17]