Futzal üzrə Azərbaycan Yüksək Liqasında əsas mərhələ başa çatıb
Bakı, 23 aprel, AZƏRTAC
Futzal üzrə Azərbaycan Yüksək Liqasında əsas mərhələnin sonuncu - XXI turunun oyunları keçirilib. Son turun oyunları “Olimpik Star”da baş tutub.
AZƏRTAC xəbər verir ki, turun ilk matçında lider “Araz-Naxçıvan” komandası “Alyans”la üz-üzə gəlib. Naxçıvan təmsilçisi bu oyunda darmadağına sevinib - 19:3.
EKOL bu dəfə “Record”u sınağa çəkib və 5:2 hesabı ilə qalib gəlib. Son oyun isə U-19 ilə “Baku Fire” arasında baş tutub. “Baku Fire” bu görüşdə milli üzərində əzmkar qələbə qazanıb - 5:3.
Bununla da Yüksək Liqada 2021/2022-ci il mövsümünün əsas mərhələsinə yekun vurulub. "Araz", EKOL, "Neftçi" İK və "Baku Fire" komandaları mübarizəni pley-offda davam etdirəcək. U-19, "Record" və "Alyans" üçün isə mövsüm başa çatıb. “Xilə” daha öncə ardıcıl üç oyunda səbəbsiz şəkildə meydana çıxmadığı üçün yarışdan kənarlaşdırılmışdı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [11:32]
Litvalı basketbolçu: Qrupdan çıxmaq üçün əlimizdən gələni edəcəyik
- 08.10.2026 [11:15]
Avropa çempionatı: Azərbaycanın 2 boksçusu yarımfinala vəsiqə qazanıb
- 08.10.2026 [11:01]
Azərbaycan taekvondoçusu Paris Qran-Prisində mübarizə aparacaq
- 08.10.2026 [10:22]
Azərbaycan Kubokunda bu gün daha 3 oyun keçiriləcək
- 08.10.2026 [10:04]