Füzuli rayonunda arıçılıq təsərrüfatlarının sayı artıb
Füzuli, 15 dekabr, AZƏRTAC
Füzuli rayonunda kənd təsərrüfatının digər sahələri kimi arıçılıq da inkişaf edir. Arıçılıqla məşğul olanların və arı ailələrinin sayı ilbəil artır. Dövlətin göstərdiyi qayğı, eləcə də hər arı pətəyinə görə subsidiya ayrılması bu sahəyə marağı daha da artırıb.
Füzuli Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, hazırda rayonda 140 arıçılıq təsərrüfatı var. Arıçılığın inkişafına dövlət dəstəyinin nəticəsidir ki, cari ildə rayonda arıçılıq təsərrüfatlarının sayı ötən illə müqayisədə 29 təsərrüfat, arı ailələrinin sayı isə 709 ailə artıb.
Nazirlər Kabinetinin təsdiq etdiyi “Arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiya verilməsi Qaydası”na uyğun olaraq, cari ildə Füzuli rayonunda arıçılıqla məşğul olan 140 arıçıya saxladıqları 2209 arı ailəsinə görə dövlət büdcəsinin vəsaiti hesabına hər arı ailəsinə 10 manat hesabı ilə 22 min 90 manat subsidiya ödənilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]