QAN YADDAŞI
Füzulidə 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılmışdır
Füzuli, 19 yanvar (AZƏRTAC). Füzuli rayonunun Horadiz şəhərində 20 Yanvar faciəsi qurbanlarının xatirəsini anma mərasimi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, rayon ictimaiyyəti, ağsaqqallar, gənclər, ziyalılar, əmək kollektivlərinin nümayəndələri Şəhidlər xiyabanına gələrək abidə kompleksi üzərinə çiçək dəstələri düzmüşlər. Şəhidlərin ruhuna dualar oxunmuş, xatirələri bir dəqiqəlik sükutla yad edilmişdir.
Rayon icra hakimiyyəti başçısının müavini Bağır Aslanov, Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri Almaz Həşimova və başqaları mərasimdə çıxış edərək 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda sovet hərbçiləri tərəfindən törədilmiş faciənin dəhşətlərindən danışmış, qanlı hadisəni Azərbaycan xalqının azadlıq mübarizəsinin və qəhrəmanlıq salnaməsinin parlaq səhifəsi adlandırmışlar.