Azərbaycan Dövlət İnformasiya Agentliyi

Gədəbəy Mineral Suları – sağlam yaşamaq istəyənlərin seçimi

Gədəbəy, 11 iyun, Rauf Hacıyev, AZƏRTAC

Yayın gəlişi ilə insanların içməli suya və sərinləşdirici içkilərə tələbatı kəskin artır. Lakin mağazaların vitrinlərini bəzəyən, bazarda müxtəlif adlarla və qablaşdırmalarda satışa çıxarılan çeşid-çeşid bu məhsullar istər keyfiyyətinə, istərsə də dadına görə heç də həmişə istehlakçı məmnunluğu qazana bilmir. Bəzi istehsal subyektlərinin qeyri-sağlam rəqabəti və ya keyfiyyəti heç də yüksək olmayan məhsulu müxtəlif reklam vasitələri ilə nisbətən ucuz qiymətlərlə alıcılara təqdim etməsi, qızmar yay günlərində istehlakçıların, xüsusən şəhər mühitində yaşayan insanların sağlamlığını bir tərəfdən təhdid edir, digər tərəfdən isə onları keyfiyyətli içməli su və sərinləşdirici içkilərin axtarışında ciddi seçim qarşısında qoyur.

AZƏRTAC xəbər verir ki, Azərbaycan qida sənayesinin milli brendlərindən olan və Gədəbəy Mineral Suları MMC-nin istehsal etdiyi 55 çeşiddə məhsul özünün yüksək keyfiyyəti və bütün mərhələlər üzrə istehsal texnologiyasının müasirliyi ilə seçilməklə yanaşı, istehlakçı məmnunluğuna xidmət edir.

2004-cü ildə təsis edilən Gədəbəy Mineral Suları MMC fəaliyyətini genişləndirərək beş ildən sonra rayonun Zəhmət kəndində su fabrikini qurub və ilk məhsul istehsalına başlayıb. Müəssisə istehsal üçün mənbə olaraq Kiçik Qafqazın qərbində, yüksək dağlıq ərazidə yerləşən füsunkar təbiətli Gədəbəy rayonunun mineral bulaqlarından istifadə edir. Dəniz səviyyəsindən müxtəlif yüksəkliklərdə yerləşən bu bulaqlar Qarabağdakı su mənbələri kimi zəngin mineral tərkibə və şəfaverici xüsusiyyətə malikdir. Gədəbəydəki mineral suların həm mineralları, həm də turşu-qələvi balansı standartlara uyğun olmaqla yanaşı, tərkibi metasilikat turşusu ilə zəngindir. Məhz bu turşu böyrəkdə daşlaşmanın qarşısının alınmasında və öd yollarının müalicəsində yüksək təsirə malikdir.

Gədəbəy Mineral Suları MMC-nin istehsal üçün istifadə etdiyi su dəniz səviyyəsindən təxminən 1500 metr yüksəklikdə və müəssisədən müxtəlif məsafələrdə yerləşən 8 mənbədən - Cəyirbulaqdan, XIX əsrdə alman iş adamları tərəfindən qurulmuş Novlubulaqdan və digər bulaqlardan götürülür. Bulaqların mənbəyində suyun temperaturu 8-10 dərəcə təşkil edir. Yüksək dağlıq ərazidən axan bulaqların suyu aşağı yamaclarda bir-birinə qarışdıqdan sonra 2-3 dərəcə yüksək temperatur fərqi ilə iki xətlə fabrikə daxil olur. İstehsalın son mərhələsində şüşədə suyun temperaturu maksimum 13 dərəcə təşkil edir. Bu, bir daha sübut edir ki, müəssisənin tətbiq etdiyi dünya standartları və müasir texnologiya bulaqlardan qəbul edilən suyun texnoloji proses zamanı ilkin keyfiyyətini dəyişmədən istehsalına imkan verir. Gələcəkdə istehsal həcmini artırmağı planlaşdıran müəssisə, eyni zamanda, ərazidə yeni mənbələrin axtarışını və lazım gələrsə, istismarını diqqətdə saxlayır.

Fabrikin müdiri Nadir İbrahimov deyir ki, bir litr içməli suyun istehsalına əlavə olaraq 0,70 millilitr su sərf olunur. Bu su şüşələrin, boruların və çənlərin yuyulması üçün istifadə edilir. Məhz buna görə də fabrikdə suya ümumi istehsal həcmindən iki dəfə artıq tələbat yaranır.

Fabriklə ən uzaq bulaq arasındakı məsafə 17 kilometrdir. Bununla belə bütün bulaqlar ərazidə quraşdırılmış kameralar vasitəsilə ciddi müşahidə olunur və mühafizə edilir. Gündəlik olaraq bütün bulaqların mənsəbinə baxış keçirilir və burada quraşdırılmış torba süzgəclər təmizlənir.

Laboratoriya müdiri Şahmurad Quliyev deyir ki, ən müasir avadanlıqlarla təchiz edilmiş laboratoriyada Gədəbəy Mineral Suları MMC-nin istehsal etdiyi məhsulların fiziki-kimyəvi və mikrobioloji analizlərinin həyata keçirilməsi üçün hər cür şərait var. Məhsulların hər bir çeşidində fiziki-kimyəvi, mikrobioloji çirklənmənin norma həddini keçməməsi üçün mövcud normativlərin qorunmasına ciddi nəzarət olunur. Müəssisədə istehsal olunan məhsullar fiziki-kimyəvi dəyəri qorunmaqla AZS 216-2006 standartı ilə içməli mineral süfrə suyu kimi “Gədəbəy” və “Slavyanka” adı altında bazara çıxarılır. Bu standartın tələblərinə əsasən əgər müəssisənin öz laboratoriyasında təyin edə bilmədiyi analizlər olarsa, həmin analizlər akkreditasiyadan keçmiş digər laboratoriyalarda aparılır. Analiz nəticəsində müəyyənləşdirilən uyğunsuzluqlar aşkarlandıqda istehsal prosesi müvəqqəti dayandırılır, problem həll olunur və suyun keyfiyyəti bərpa edilir. Məhz bu tələblərə görə müəssisədəki bütün məhsullar yüksək texnologiya əsasında tam olaraq dünya standartlarına uyğun istehsal olunur.

İstehsalat günü ərzində hər saatdan bir suların 32 parametr üzrə fiziki-kimyəvi, həftədə bir dəfə isə mikrobioloji analizi həyata keçirilir. Bununla belə hər saatdan bir istehsal xəttindən nümunə üçün su götürülür. İçərisi su ilə dolu şüşələr üzərində nümunənin götürülmə tarixi qeyd edilməklə “şahid” anbarında saxlanılır. Bu, nə vaxtsa istehsal prosesində suyun tərkibində baş vermiş dəyişikliyin müayinəsi və yarana biləcək istehlakçı şikayətlərinin daha dəqiq və operativ aşkarlanması üçün nəzərdə tutulub.

Beynəlxalq standartlaşdırma təşkilatı - ISO (International Organization for Standardization) 9001, 22000, 14001 standartları əsasında qurulmuş müəssisədəki istehsal texnologiyası ağıllı rejimdə fəaliyyət göstərdiyi üçün sutəmizləyici süzgəclər özündən müəyyən qədər su ötürdükdən sonra çirkləndiyini aşkar etdikdə dərhal daxilində tərsinə yuma aparır. Süzgəclərin təmizliyini müəyyən edən rejim yalnız bundan sonra su ötürməyə davam edir. Bununla belə ildə bir dəfə mütəxəssislərin nəzarəti altında süzgəclərin daxilindəki qum və kömür yenilənir.

Borularla müəssisəyə daxil olan su süzgəclərdən keçirildikdən sonra yeni texnologiya əsasında qurulmuş yeraltı anbarlara toplanaraq növbəti texnoloji prosesə yönəldilir. Müəssisədəki yeraltı hovuza bir saat ərzində 25 kubmetr, yəni fabrikin hazırkı istehsal tələbini iki dəfə ödəyə biləcək həcmdə su daxil olur. Anbarlar dolduqdan sonra izafi su avtomatik rejimdə çaya yönəldilir. Müəyyənləşdirilmiş qrafikə uyğun olaraq yeraltı anbarlarda 15 gündən bir avtomatik yuyulma prosesi aparılır. Əgər hər hansı nasazlıq səbəbindən anbarlardakı su bir neçə gün istifadə edilməzsə, hovuzun suyu yenə də avtomatik rejimdə çaya axıdılır. Anbar isə yuyulduqdan sonra yenidən su toplamağa başlayır.

Anbardan müxtəlif süzgəclərə və texnoloji prosesə ötürülən su borularının da daxili təmizliyinə avtomatik rejimdə daim nəzarət olunur. Belə ki, boru xətləri üzərində yerləşdirilmiş müxtəlif pəncərələrdən boruların daxili müayinə edilir. Boru daxilində hər hansı çirklənmə aşkar edildikdə bulaqların borulara istiqamətləndiyi yerdən kimyəvi maddələr tökülür və sonuncu məntəqəyədək boruların daxilində dezinfeksiyaedici maddələrlə kimyəvi təmizləmə aparılır. Ümumiyyətlə, borudaxili çirklənmələr mikrobioloji deyil, daha çox bulaqdan gələn suyun tərkibindəki müəyyən çöküntülərlə əlaqədar olur.

Müəssisədə birinci mərhələdə süzülmüş su yeraltı borularla ötürülərək növbəti mərhələyə daxil olur. Bu mərhələdə su (fiziki-kimyəvi tərkibinə toxunmadan) tərkibindəki asılı maddələrdən, hər hansı təbii qoxudan, qum və gil dənəciklərindən süzülərək sonuncu - yerüstü, üç bölməli, qapalı anbara ötürülür.

Əvvəlcə orta anbara toplanan su ultra filtirdən süzülür. Bu mərhələdə su tərkibindəki mikrob və virusların qarşısını alan ən kiçikhəcmli - 0,2 mikronluq süzgəclərdən keçirilir və 2-ci anbara verilir. Bu anbardan çıxan su isə təkrar süzgəcdən keçirilərək sonuncu anbara, oradan isə birbaşa istehsal xəttinə yönəldilir.

Ümumi sahəsi 2 hektardan artıq olan fabrik iki hissədən - su istehsalı, qazlı sular və limonad istehsalı bölmələrindən ibarətdir. Hazırda fabrikdə 55 çeşiddə, müxtəlif həcmli qablaşdırmalarda 2 növ məhsul - qazlı və qazsız sular, düşes, tərxun, üzüm, feyxoa və limon ətirli limonadlar istehsal olunur. Fabrikdə gələcəkdə daha iki çeşiddə - itburnu və qızılgül ətirli limonadların istehsalı da nəzərdə tutulur.

Fabrikin Keyfiyyət və qida təhlükəsizliyi üzrə mütəxəssisi Selim Kara deyir ki, fabrikdə limonad istehsalına 2016-cı ildə başlanılıb. Limonadların hazırlanmasında tamamilə təbii şəkərdən istifadə edilir. Şəkər 65-70 dərəcədə əridilərək pasterizə və refliktedən keçirildikdən sonra məhsul konsentrə halına gətirilir. Alınmış şirə pasterizə edilərək temperaturu 10-15 dərəcəyədək endirilir və perimeks adlı qarışdırma cihazına göndərilir. Bu kütlənin əlavə edilmiş su və karbon dioksidlə daha yaxşı qarışması üçün cihazda temperatur 5 dərəcəyə endirilir. Sonda hazır məhsul qablaşdırma üçün doldurma xətlərinə göndərilir. Ümumiyyətlə müəssisədəki bütün məhsullar kimi, limonad istehsalı da əvvəldən sonadək heç bir canlı təması olmadan avtomatik rejimdə həyata keçirilir. Əvvəlcə plastik kapsullar şişirtmə makinasında doldurularaq butulka formasına salınır. Növbəti mərhələdə şüşə və plastik qabların içərisi yuyulur, limonadla doldurulur və qapaqlanır. Sonrakı prosesdə limonad qablarının üzərindəki şirə yuyulur, qurudulur və limonadla dolu butulkalar etiketlənir. Hər bir limonad qabının üzərində istehsal tarixi, kodlaşdırma və istehsalçının ünvanı həkk olunduqdan sonra hazır məhsullar paketlənir və paletayzerlə paletlərə yığılır.

Gədəbəy Mineral Suları MMC-də istehsal edilən məhsullar daha çox yerli və Rusiya bazarında satılır. On yeddi ildir ki, respublikamızın qida sektorunda fəaliyyət göstərən və daha çox özünün yüksəkkeyfiyyətli məhsulları ilə seçilən Gədəbəy Mineral Suları MMC daxili və xarici istehsalçılarla hazırkı rəqabət şəraitində bazarda 12 faizlik paya sahibdir. Müəssisənin vizyonu qlobal iqlim dəyişikliyi səbəbindən ölkəmizdə azalan şirin su ehtiyatlarını səmərəli idarə etmək və gələcək nəsillər üçün qorumaqdan ibarətdir.

Çoxillik istehsal təcrübəsinə malik digər rəqibləri ilə müqayisədə daha çox keyfiyyətli məhsulları ilə rəqabət qabiliyyətliliyini qoruyub saxlayan müəssisə ildən-ilə genişlənməkdə olan istehsal fəaliyyəti ilə yanaşı, həm də korporativ sosial məsuliyyət nümayiş etdirərək bu sahədəki təşəbbüslərə töhfə verməyə çalışır.

Ötən ildən başlayaraq COVID-19 pandemiyasına görə ölkəmizdə tətbiq edilmiş sərt karantin rejimi ilə əlaqədar turizm və ictimai iaşə sektorunda yaşanmış durğunluq müəssisənin də illik istehsal həcminə və planlarına mənfi təsir göstərib. Pandemiya səbəbindən yaranmış bütün çətinliklərə baxmayaraq, Gədəbəy Mineral Suları MMC öz fəaliyyətini və keyfiyyətini qoruyub saxlaya bilib. Hazırda müəssisədə 220 nəfər işçi heyəti, həmçinin yerli və türkiyəli mütəxəssislər istehlakçı məmnunluğu qazanmaq və keyfiyyətli məhsulları ilə respublikamızın qida sənayesi sektorunda daha üstün mövqeyə yüksəlmək üçün birgə səy göstərirlər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Forbes”: İlon Mask yenidən trilyonçu statusunu itirib

ABŞ şirkəti Ukrayna üçün Avropada “Patriot” raketləri istehsal edə bilər

FTB “OpenAI” əməkdaşını ofisdə dinləmə cihazı yerləşdirdiyinə görə həbs edib

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

Ukrayna hərbi ehtiyaclar üçün əlavə 1,33 milyard dollar ayırıb

Papa XIV Leonun ağciyərindən bədxassəli şiş çıxarılıb

Çempionlar Liqası: “Qalatasaray” “Barselona”ya məğlub olub

Corc Vaşinqtonun prezidentliyi dövrünə aid sikkə hərracda 2,9 milyon dollara satılıb

Koalisiya qüvvələri Yəməndə husilərin yanacaq anbarlarına zərbələr endirib

Meksika qəzetində azərbaycanlı rəssamın sərgisindən bəhs edən məqalə dərc olunub

“Sabah”ın baş məşqçisi: Futbolçularım xarakter və əzmkarlıq göstərdilər

Çexiya klubunun baş məşqçisi: “Sabah” bizi meydanın mərkəzində üstələdi

“Sabah”ın hücumçusu “Slaviya” ilə matçın oyunçusu seçilib

Çempionlar Liqası: “Sabah” liqa mərhələsində ilk qələbəsini qazanıb – YENİLƏNİB 4

Anatoli Livşits: Dəniz, relyef və şəhər tikililərinin vəhdəti Bakının özünəməxsus memarlıq görkəmini formalaşdırır

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Böyük Britaniyada yaradılan yeni iş yerlərinin 80 faizi miqrantların payına düşüb

Luvr muzeyinin qarətindən bir il keçir: oğurlanmış kral xəzinəsinin taleyi hələ də müəmmalıdır

Bakının iki ərazisində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

“Baku Jazz Festival-2026”: Xarici musiqiçilərin təəssüratları

Azərbaycan Mədəniyyəti FAO-nun Baş qərargahında təqdim olunub

Avropa Kuboku: “Gəncə” Yunanıstan klubuna uduzub

Avropa İttifaqı ilə Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirməyi müzakirə edəcəklər

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

Ombudsman Səbinə Əliyeva vətəndaşları dinləyib

Asiya İnkişaf Bankının Azərbaycan üzrə direktoru Naxçıvana səfər edib

Azərbaycan modelçiləri “Ankara Model Show 2026” sərgisində mükafatlar qazanıblar

Tramp husilərə xəbərdarlıq edib

ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir

Londonda “Arşın mal alan” filminin nümayişi olub

Azərbaycanın Macarıstandakı yeni səfiri etimadnaməsini təqdim edib

Bu saata olan əsas xəbərlər

Məktəbli geyimi, sadəcə bir forma deyil…

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Çempionlar Liqası: “Sabah” və “Slaviya Praqa”nın start heyətləri açıqlanıb

Frontex və Avropa Kosmik Agentliyi peyk məlumatlarından istifadəyə dair əməkdaşlığı genişləndirir

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Laos Prezidenti Milli Məclisdə olub

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti beynəlxalq simpoziumda iştirak edib

Faiq İsmayılov: Ənənəvi baş örtüklərimizi eyniləşdirib hamısını hicab adlandırmaq doğru deyil

AMEA-da yeni rəqəmsal hesabat modeli tətbiq edilir

Mərkəzi Bank: Sığorta sektorunun zərərlilik dərəcəsi artıb

Birinci yarımildə investisiya şirkətlərinin aktivləri 123 milyon manat olub

Mərkəzi Bank: İpoteka portfeli üzrə QİK əmsalı aşağı səviyyədədir

Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib

AMB: Bank sektoru üzrə kredit riskləri idarə olunan səviyyədədir

Türk ekspert: Azərbaycan və Türkiyə regional sülhün və Türk dünyasının parlaq gələcəyinin sarsılmaz təminatıdır

Azərbaycanın sabitliyi və əmin-amanlığı hər bir vətəndaşın məsuliyyətidir – RƏY

Deputat: Azərbaycan dünyanın müxtəlif regionlarında yerləşən dövlətlərlə əlaqələrini daha da genişləndirir

Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib

Qazaxıstan ərazisindən tranzit yükdaşımaların həcmi 13 faizdən çox artıb

Vahid geyim qaydaları məktəb mədəniyyətinin möhkəmlənməsinə töhfə verir - Sənan Həsənov

ABŞ-nin Yunanıstandakı səfirindən istefa verməsi tələb edilib

Azərbaycanın dünyəvi təhsil modeli hədəfdə: İdeoloji mübarizənin pərdəarxası - TƏHLİL

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub

Təkrarsığortaya ötürülən təkrarsığorta haqları 74 milyon manat olub

Mərkəzi Bank: Əhalinin borc yükü artıb

Yarım ildə bank sektoru üzrə 62 milyon manat silinmə baş verib

BSU Şumen Universiteti ilə əməkdaşlığa dair memorandum imzalayıb

Şəhid övladları üçün Zəfər Muzeyinə ekskursiya təşkil edilib

Çin atom elektrik stansiyalarından enerji alan dünyanın ilk ultra yüksəkgərginlikli elektrik şəbəkəsini istismara verib

İşğaldan azad edilmiş ərazilərdə 100 minə yaxın insan məskunlaşıb

Səudiyyə Ərəbistanı neft hasilatındakı itkiləri bərpa edir

İqtisadi Şuranın növbəti iclası olub

Daha bir neçə avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib

Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı tarixi nitqi ADU-da gələcək inkişafın yol xəritəsi kimi

Beynəlxalq Cüdo Federasiyasının prezidenti dünya çempionatının yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür edib

Xaçmazda qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri ilə bağlı növbəti iclas baş tutub

Cənubi Afrikada aclıq son 15 ilin ən yüksək səviyyəsinə çatıb - ARAŞDIRMA

Qlobal avtomobil bazarında yeni minik avtomobillərinin qeydiyyatı 5 faizədək azalıb

BDU əməkdaşlarının rəqəmsal bacarıqları inkişaf etdirilir

AzTU tələbələri təhsil kreditləri barədə məlumatlandırılıb

QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var

Azərbaycanın müdafiə naziri Kamboca Krallığının Baş naziri ilə görüşüb

Asim Xudiyev UEFA-dan təyinat alıb

Azərbaycanın çoxşaxəli siyasəti: Bakı niyə daha böyük strateji əhəmiyyət qazanır?

Sentyabrda İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 40 min 702 müraciət daxil olub

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Süni intellekt xidmətlərinin adından istifadə edən yeni fişinq kampaniyası aşkarlanıb – Xəbərdarlıq

Təhsil müəssisələrində geyim mədəniyyəti: dünyəvi prinsiplər və peşəkar nümunə

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 31 faizədək artıb

® “Kapital Bank”ın xalis mənfəəti 2026-cı ilin ilk 9 ayında 29,6 faiz artıb

Gömrükçülər külli miqdarda dərman vasitələri aşkarlayıblar

Allahşükür Paşazadə: Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır

İran münaqişə dövründə 5 milyon tondan çox neft məhsulları ixrac edib

XİN Azərbaycan vətəndaşlarını Qara dəniz və Azov dənizi akvatoriyalarında gəmilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan çəkinməyə çağırıb

UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub

Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Şeyxülislam: Bizi bəzi dövlətlərlə qarşıdurmaya sürükləmək istəyən qüvvələr var

MEK-də Hənəfi Zeynallının xatirəsinə həsr olunmuş sərgi açılıb

BVF: Süni intellekt şirkətlərinin səhmlərinin ucuzlaşması maliyyə sabitliyini təhdid edir

Deputat: Məktəb dünyəvi təhsilin, milli dəyərlərin və ideoloji təhlükəsizliyin əsas dayağıdır

Gürcüstan rəqəmsal milli valyutanın buraxılmasına qanunvericilik səviyyəsində icazə verəcək

Qazaxıstanlı ekspert : Özəl sektorun sərmayələri Orta Dəhlizin nəqliyyat potensialını gücləndirir

Qırğızıstan dağlarında buzlaqların vəziyyətində ciddi dəyişikliklər qeydə alınıb

QMİ sədri: Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir

Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yayıb