Gələcəyə baxış - Zobucuqda Robotiks ibtidai siniflərdə
Füzuli, 22 aprel Aydın Yavərzadə, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi çərçivəsində icra edilən “Gələcəyə baxış - Zobucuqda Robotiks ibtidai siniflərdə” layihəsinin bağlanış tədbiri keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, toplantı Qarabağ Regional Təhsil İdarəsi Füzuli rayonu Təhsil Şöbəsinin akt zalında gerçəkləşib. Tədbirdə çıxış edən Füzuli rayonu üzrə Təhsil Sektorunun müdiri Ramella Məmmədova, layihə rəhbəri, Füzuli rayon 26 nömrəli tam orta məktəbin direktoru Cəmalə Məmmədova layihənin məqsədi və həyata keçirilən işlər barədə ətraflı məlumat veriblər. Həmçinin beynəlxalq dərəcəli robototexnika üzrə təlimçi ekspert Vəfa Vəliyeva çıxış layihənin səmərəliliyindən, şagirdlərin necə böyük həvəslə təlimlərdə iştirak etməsindən, onların yaradıcı ideyalarında danışıb. Tədbirdə ibtidai sinif şagirdləri də layihə ilə bağlı fikirlərini söyləyiblər.
Tədbirdə proqramlaşdırma dərslərinin uşaqlarda müasir dünyanın tələblərinə uyğun fərqli bacarıqları inkişaf etdirməyə imkan yaratdığından söhbət açılıb.
Sonda layihə iştirakçılarına sertifikatlar təqdim olunub.