Azərbaycan Dövlət İnformasiya Agentliyi

Gələn ildən könüllülük fəaliyyəti kəndlərdə yaşayan gənclər arasında daha geniş təbliğ olunacaq

Gələn ildən könüllülük fəaliyyəti kəndlərdə yaşayan gənclər arasında daha geniş təbliğ olunacaq

Bakı, 19 dekabr, Məmməd İsayev, AZƏRTAC

Son illər Azərbaycanın bütün sahələrdə əldə etdiyi sürətli inkişaf ölkəmizi mühüm beynəlxalq tədbirlərin, o cümlədən mötəbər idman yarışlarının yüksək səviyyədə keçirildiyi məkana çevirib. Azərbaycanın uğurla ev sahibliyi etdiyi beynəlxalq idman turnirləri və tədbirləri yüksək təşkilatçılığına görə yerli və xarici mütəxəssislər, iştirakçılar tərəfindən təqdirlə qarşılanır.

Təbii ki, Azərbaycanda idman yarışlarının yüksək səviyyədə keçirilməsində son illər ölkəmizdə çiçəklənmə dövrünü yaşayan könüllülük hərəkatının da özünəməxsus rolu var.

“Azərbaycan Könüllük Xidməti” proqramının əlaqələndiricisi Hüsniyyə Qafarova ölkəmizdə könüllülük hərəkatının formalaşması, inkişafı, bu istiqamətdə həyata keçirilən tədbirlərlə bağlı AZƏRTAC-ın müxbirinin suallarını cavablandırıb.

- Son dövrlərdə könüllü və könüllülük anlayışı haqqında tez-tez eşidirik. Ümumilikdə könüllülük nədir, onun nə kimi faydaları var? Azərbaycanda könüllülüklə bağlı hansı tədbirlər həyata keçirilir?

- Bildiyiniz kimi, könüllülük anlayışı qədim mədəni əsaslara söykənir. Əgər tarixə nəzər salsaq, ayrı-ayrı dövrlərdə könüllülüyün müxtəlif nümunələri ilə tanış ola bilərik. Müasir könüllülük anlayışı isə bu nümunələrin daha da təkmilləşmiş formasıdır. Müasir könüllülüyün faydalarına iki prizmadan yanaşmaq mümkündür. Bir tərəfdən, könüllülük cəmiyyətin, insanların rifahı naminə təmənnasız fəaliyyətdir və cəmiyyətin inkişafına istiqamətlənib. Hətta bu, bəzən dövlət büdcəsində müəyyən xərclərə qənaət etməyə imkan verir.

Əlbəttə, bu gün könüllülüyü müxtəlif fəaliyyət sahələrində görmək mümkündür. Dünyanın müxtəlif ölkələrinin təcrübələrinə baxsaq, könüllülülərin əlillər, qocalar, qaçqın və məcburi köçkünlərə xidmət, həmçinin ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın qorunması, insan hüquq və azadlıqlarının, sülh mədəniyyətinin, tolerantlığın təbliği və s. sahələrdə həyata keçirilən tədbirlərə dəstək olduqlarını müşahidə edərik. Digər tərəfdən isə könüllülük həm də gənclərin şəxsi inkişafı üçün vacib platformadır. Könüllülük gənclərin hərtərəfli inkişafına, ilkin peşəkar təcrübələrə yiyələnmələrinə imkan yaradır. Bu gün bir çox peşəkarın uğur hekayələri ilə tanış olduqda, könüllülüyün gənclərin formalaşmasında mühüm rolunu görə bilərik.

- Bəs Azərbaycanda könüllülük kifayət qədər inkişaf edibmi? Bu sahənin inkişafı üçün hansı addımlar atılır?

- Könüllülük Azərbaycanda da yeni bir anlayış deyil. Əksinə, könüllülüyün müxtəlif formaları və əlamətləri Azərbaycanın milli və mədəni dəyərlərində əksini tapıb.

İldən-ilə daha da sürətlə inkişaf edən Azərbaycanda həyata keçirilən uğurlu islahatlar bütün sahələrdə müsbət nəticələrlə müşahidə olunur. Son bir neçə il ərzində Azərbaycan bir çox mötəbər tədbirə ev sahibliyi edib. Bu tədbirlərin ölkəmizdə həyata keçirilməsi Azərbaycanın beynəlxalq arenada tanınması ilə yanaşı, həm də bir çox sahənin inkişafına təkan verir.

Sevindirici haldır ki, dünyanın inkişaf etmiş ölkələrində olduğu kimi, Azərbaycanda da belə tədbirlərin təşkilində aparıcı qüvvələrdən biri olaraq könüllülük fəaliyyətinə mühüm önəm verilir. Əlbəttə, bu, gənclərlə bağlı digər sahələrlə yanaşı, könüllülük fəaliyyətinin inkişafına təkan verən, artıq bütün dünyada uğurlu təcrübə kimi qəbul olunan Azərbaycanın dövlət gənclər siyasətinin müvəffəqiyyətlə həyata keçirilməsinin nəticəsidir. Azərbaycanda gənclər sahəsində həyata keçirilən tədbirlər və Dövlət proqramları könüllülük fəaliyyətində kifayət qədər təcrübəsi və bu anlayışın inkişafında mühüm rolu olan gənclər təşkilatlarının könüllülüyün geniş yayılması işinə vacib töhfələr verməsinə imkan yaradır.

- Qeyd etdiniz ki, könüllülüyün inkişafında gənclər platformalarının mühüm rolu var. Ölkənin ən böyük gənclər platforması olan Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası bu sahədə hansı işlər görür?

- Bildiyiniz kimi, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) artıq 19 ildir fəaliyyət göstərir və sıralarında 111 gənclər təşkilatını birləşdirir. Təşkilat fəaliyyətinin bütün mərhələlərində üzvləri ilə birlikdə Azərbaycanda könüllülük fəaliyyətinin inkişafına mühüm töhfələr verib. Şura 2013-cü ildən qəbul edilən “3G” strategiyası çərçivəsində bu anlayışın yerli və beynəlxalq səviyyədə inkişafında yeni nailiyyətlər əldə edib. Təşkilatın bu istiqamətdə beynəlxalq fəaliyyəti çərçivəsində 2013-cü ildə İtaliyadan olan könüllü gənc ARGTMŞ-nin fəaliyyətinə cəlb olunub və təşkilatın təcrübəsindən faydalanıb. Bununla da ARGTMŞ tərəfindən beynəlxalq könüllü mübadiləsinin həyata keçirilməsinin əsası qoyulub. Təşkilat bu istiqamətdə fəaliyyətini daha da genişləndirərək 2013-cü ildə Avropa Könüllülük Xidməti üzrə akkreditasiya sertifikatı əldə edərək rəsmi olaraq könüllülərin beynəlxalq mübadiləsini həyata keçirmək hüququ qazanıb.

ARGTMŞ, həmçinin könüllülük anlayışı sahəsində xarici təcrübənin Azərbaycanda yayılmasına nail olub. Şura Avropa Könüllülük Xidməti əsasında “Azərbaycan Könüllülük Xidməti” (AKX) proqramını həyata keçirib.

- “Azərbaycan Könüllülük Xidməti” proqramı ölkəmizdə könüllü fəaliyyətinin inkişafına necə dəstək göstərir?

- Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Gənclər Təşkilatları Milli Şurası tərəfindən Azərbaycanda ilk dəfə həyata keçirilən “Azərbaycan Könüllülük Xidməti” proqramı ölkəmizdə mövcud olan könüllülük anlayışını inkişaf etdirməklə həm də könüllülüyün inkişafında yeni mərhələyə qədəm qoyub.

“Azərbaycan Könüllülük Xidməti” proqramı çərçivəsində respublikamızda ilk dəfə regionlararası könüllü mübadiləsi həyata keçirilib. Proqram çərçivəsində Balakən, Goranboy, Göygöl, Şəmkir, Tərtər, Yevlax, Zərdab, Sabirabad, Mingəçevir, Qusar, Quba, Lənkəranın və Bakının Suraxanı, Sabunçu və Xəzər rayonlarının Gənclər evləri və mərkəzlərindən olan 20 gənc bir ay müddətində digər bir rayonun Gənclər evi və mərkəzlərində könüllü olaraq fəaliyyət göstərib.

Könüllülər tərəfindən yerli gənclərin iştirakı ilə bir sıra təlimlər, kurslar və tədbirlər təşkil olunub. Bu, bir tərəfdən Azərbaycanın müxtəlif regionlarından olan gənclər arasında təcrübə, bilik mübadiləsini həyata keçirib, digər tərəfdən isə Gənclər evi və mərkəzlərinə marağı artırıb.

- Bu sahədə ARGTMŞ hansı layihə və proqramların həyata keçirilməsini planlaşdırır?

- Artıq cari ili yekunlaşır və qarşıdan yeni fəaliyyət ili gəlir. Növbəti ildə də ARGTMŞ-nin könüllülüklə bağlı mövcud proqramları ilə yanaşı, bu fəaliyyət üç mühüm istiqamət üzrə dəstəklənəcək. Gənclər həmişə olduğu kimi, təşkilatın fəaliyyətində könüllü iştirak etməklə həm şəxsi peşəkarlıqlarını artırmaq, həm də qurumun həyata keçirdiyi yerli və beynəlxalq könüllülük proqramlarından faydalanmaq imkanı əldə edəcəklər. Həmçinin 2015-ci ildə bu sahədə əsas istiqamətlərdən biri də kəndlərdə yaşayan gənclər arasında könüllülük fəaliyyətini təbliğ etmək, bununla da onların fəallığını artırmaq, istedadlarını üzə çıxarmaq və həmin gənclərin inkişafına nail olmaqdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili

Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub