GƏNC EKOLOQLARIN FOTOMÜSABİQƏSİNƏ YEKUN VURULMUŞDUR
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Orxus İnformasiya Mərkəzində ATƏT-in Bakıdakı ofisinin maliyyə dəstəyi ilə “Ekoloji mühit” Sosial-Ekologiya Mərkəzinin keçirdiyi ekoloji fotoşəkil və jurnalistikanın əsasları müsabiqəsinə yekun vurulmuşdur. Yaydan başlanan müsabiqədə ölkəmizin 9 bölgəsindən 200 məktəbli və BDU-nun biologiya fakültəsinin tələbələri iştirak etmişlər. Təbiət qoynuna xüsusi təşkil edilmiş ekskursiyalar zamanı müsabiqə iştirakçıları üçün əməli məşğələlər keçirilmişdir. Onların işlərini uşaqlardan və peşəkarlardan ibarət münsiflər heyətləri qiymətləndirmişlər.
Nazir Hüseynqulu Bağırov mükafatlandırma mərasimindəki çıxışında bildirmişdir ki, uşaqlara ekoloji biliklərin, doğma təbiət üçün məsuliyyət hissinin aşılanmasında belə müsabiqələrin böyük əhəmiyyəti var.
Mərasimdə ATƏT-in Bakıdakı ofisinin başçısı Mauritsio Pavezi iştirak etmişdir.
Uşaq münsiflər heyətinin qərarına görə, Fərid Məmmədov (Lənkəran) birinci, Əfsanə Xalıqova (Quba) ikinci, Emil Məmmədov (Lənkəran) üçüncü yer tutmuşlar. Peşəkar münsiflər heyəti Fərid Əsədovu (Bakı) birinci, Rüfət Sadıqovu (Sumqayıt) ikinci, Elvin Məmmədovu (Bakı) isə üçüncü yerə layiq görmüşdür.
Sonra mərasim iştirakçıları nazirliyin qarşısında qoyulmuş və “Ekoloji mühit” mərkəzinin gənc ekoloqları və könüllülərinin torpağımızda yetişən meyvələrdən hazırladıqları Azərbaycan xəritəsinə baxmışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]