GƏNC İSTEDADLARIN XÜSUSİ TƏQAÜDƏ LAYİQ GÖRÜLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında” 1996-cı il 22 iyun tarixli 464 saylı Fərmanına uyğun olaraq qərara alıram:
Azərbaycan Milli Konservatoriyası nəzdində İncəsənət gimnaziyasının musiqi sahəsində xüsusi qabiliyyəti olan şagirdləri Aqşin Fərasət oğlu İsmayılovun və Nigar Zamin qızı Qəhrəmanovanın adları Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılsın və onlar Azərbaycan Respublikası Prezidentinin xüsusi aylıq təqaüdünə layiq görülsünlər.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 iyun 2007-ci il.