REGİONLAR
Gənc könüllülər “E-Təbib” proqram təminatı haqqında maarifləndirici aksiya keçiriblər
İsmayıllı, 7 iyul, AZƏRTAC
İsmayıllıda Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı ilə gənc könüllülər “E-Təbib” proqram təminatı haqqında maarifləndirici aksiya keçirib.
Gənclərin İnkişaf və Karyera Mərkəzinin İsmayıllı şəhər nümayəndəliyinin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Səadət Rəhimova AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, gənc könüllülәr əhali arasında elektron sistemdәn istifadәyә dair tәlimat vәrәqlәri paylayıb. Sakinlərə maarifləndirici söhbətlər zamanı bildirilib ki, hər kəs “E-Təbib” mobil tətbiqinə qoşularaq pandemiya infeksiyasının yayılmasının qarşısının alınmasına öz töhfəsini verə bilər. Bu tətbiq vasitəsilə insanlar ictimai yerlərdə olarkən ətrafdakı insanların potensial virus daşıyıcısı olub-olmaması barədə xəbərdar ediləcək. Təsadüfən infeksiyanın daşıyıcısı ilə əlaqəsi olana bildiriş göndəriləcək və həmin şəxs laboratoriya testinə dəvət ediləcək.
Qeyd edək ki, “E-Təbib” “Bluetooth” texnologiyası əsasında işləyir, yaxınlıqdakı digər tətbiq istifadəçiləri ilə əlaqə qurur.