Azərbaycan Dövlət İnformasiya Agentliyi

Gəncə: tarixin şahidi və turizm mərkəzi

Bakı, 10 avqust, AZƏRTAC

Taleyin gərdişi elə gətirib ki, Gəncə dəfələrlə zamanın sərt sınaqları ilə üz-üzə gəlib, gah yadelli işğalçıların viranedici hücumlarına duruş gətirib, gah da dağıdıcı zəlzələnin düz mərkəzində olub. Amma başına gələn bütün fəlakətlərə baxmayaraq, hər dəfə yenidən dirçələrək, əvvəlkindən daha gözəl görkəm alıb. Hazırda ərazisinin böyüklüyünə, əhalisinin sayına görə Azərbaycanın üç ən böyük şəhəri arasında olan Gəncə ölkənin sənaye, elm və mədəniyyət mərkəzlərindən biri sayılır. Gəncə və onun ətrafları iqtisadi əhəmiyyət daşımaqla bərabər, zəngin tarixi və təbii irsi ilə şöhrət qazanıb ki, bu da şəhəri Azərbaycanın ən böyük turizm mərkəzlərindən birinə çevirib. Dahi Nizaminin vətəni həmişə olduğu kimi bu gün də dünyanın hər yerindən səyyahları cəlb edir.

Məzyədin dəfinəsi və Atabəylərin xəzinəsi

Azərbaycanın qərbində yerləşən Gəncə ölkəmizin tarixində böyük rol oynamış qədim şəhərdir. Gəncənin yaranması haqqında müxtəlif nöqteyi-nəzərlər mövcuddur. Bəziləri şəhəri eramızdan əvvəlki dövrə, digərləri erkən orta əsrlər dövrünə aid edirlər. Bu yaxınlarda aparılan elmi araşdırmalar həmin mübahisələrə son qoyub. Məlum olub ki, Gəncənin dörd min ildən çox yaşı var! Bu heyrətamiz kəşf Nizami Gəncəvi adına Gəncə Tarix-Diyarşünaslıq Muzeyinin fondlarında saxlanılan, Gəncəçay vadisində tapılan sənətkarlıq məmulatı, qədim keramika nümunələri, qiymətli daşlar sayəsində olub. 2013-cü ildə bütün bu artefaktlar analiz üçün məşhur İsgəndəriyyə Kitabxanasına və Misir Arxeologiya Mərkəzinə göndərilib. Daha əvvəl ABŞ-ın Smitson İnstitutunun mütəxəssisləri də qədim yaşayış məskəni kimi Gəncənin yaşını müəyyən etməyə çalışıblar. Aparılan tədqiqatlar nəticəsində arxeoloqlar müəyyən ediblər ki, müasir Gəncənin ərazisində ilk şəhər məskəni azı 4 min il əvvəl inşa edilib. Bütün bu kəşflər sensasiya xarakteri daşıyır, çünki son vaxtlara kimi hesab edilirdi ki, Gəncənin yaşı 2500 ildən çox deyil. 

Rəvayətə görə, Gəncə şəhərinin təməli Məzyəd adlı ərəb canişininin dəfinə tapdığı yerdə qoyulub. Deyilənə görə o, burada içi qızıl və qiymətli daşlarla dolu olan qazanlar tapıb. Şəhər də bu qeyri-adi tapıntının şərəfinə belə adlanıb: “gəncə” fars dilindən tərcümədə “xəzinə” deməkdir.

Əzəmətli Gəncə əsrlər boyu məşhur İpək Yolunun üzərində yerləşib, Gəncə ipəyi həm qonşu ölkələrin, həm də Orta Şərq ölkələrinin bazarlarında yüksək qiymətləndirilirmiş. Karvan yollarının kəsişdiyi bu yerlərdə yolçular ayaq saxlayar, təkcə mallarının deyil, həm də yeni mədəni ənənələrin mübadiləsini aparırmışlar. Təsadüfi deyil ki, şəhər orta əsrlər Şərqinin dahi şairi Nizami Gəncəvinin, Şərqdə ilk şahmatçı qadın və şairə Məhsəti Gəncəvinin, neçə-neçə digər böyük şəxsiyyətin vətəni olub.

1139-cu il sentyabrın 25-də Gəncə ətrafında çox güclü zəlzələ baş verib. Nəticədə şəhər dağılıb və onun ətrafında səkkiz şahanə göl, o cümlədən Azərbaycanın incisi, gözəllikdə tayı-bərabəri olmayan Göygöl yaranıb. Hazırda eyniadlı qoruğun ərazisində yerləşən Göygöl ölkəmizin ən dilbər guşələrindən biri sayılır.

Zəlzələdən sonra dağılmış şəhərin yeddi kilometrliyində yeni şəhər salınıb. XII-XIII əsrləri Atabəylər dövlətinin ikinci paytaxtına çevrilən Gəncənin sözün əsl mənasında çiçəklənmə dövrü saymaq olar.

Müasir Gəncənin özünün bənzərsiz siması var. Bakı kimi bu şəhər də iki hissədən ibarətdir: kiçik evləri və dar-dolanbac küçələri olan qədim Gəncə və əzəmətli binaları, ötən əsrlərin ilkin görkəmi bərpa edilmiş memarlıq tikililəri, geniş prospektləri, otelləri və parkları olan Yeni Gəncə. Yeri gəlmişkən, tarixi binaların böyük əksəriyyəti bişmiş kərpicdən inşa edilib. Buna görə də Gəncəni çox vaxt “kərpic şəhər” adlandırırlar. Şəhərin qədim görkəmini saxlamaq üçün müasir tikililərin çoxuna qırmızı kərpicdən üz çəkilib.

Memarlığın şah əsərləri və Nizami irsi

Gəncənin əsas tarixi ansamblı Şah Abbasın memarı və vəziri Şeyx Bahəddin tərəfindən XVII əsrdə yaradılan memarlıq kompleksidir. Kompleksə Cümə məscidi (Şah Abbas məscidi), Çökək hamam və Şah Abbas karvansarası daxildir.

I Şah Abbasın göstərişi ilə 1606-cı ildə əvvəlcə məscid inşa edilib. Məscidə çox vaxt Şah Abbas məscidi deyirlər. Şeyx Bahəddin Məhəmməd Amili gözəl astronom olub və biliklərini məscidin tikintisinə tətbiq edib: günorta olanda tikilinin qərb tərəfdəki divarına düşən kölgə yox olur. Onda möminlər bilirmişlər ki, günorta namazının vaxtı çatıb. Gəncəlilər hələ də vaxtı yoxa çıxan kölgə ilə müəyyən edirlər, dəqiqliyə isə söz ola bilməz. Yeri gəlmişkən, uzun illər məsciddə mədrəsə fəaliyyət göstərib. Vaxtilə bu mədrəsədə tanınmış Azərbaycan şairi Mirzə Şəfi Vazeh xəttatlıq sənətindən dərs deyib.

Şeyx Bahəddin elə həmin il məscidin yanında Çökək hamam inşa etdirib. Hamamın əsas təyinatı məscidə namaz qılmağa gələn müsəlmanların dəstəmaz almasına şərait yaratmaq olub. Hamam odunla qızdırılırmış, onun zirzəmisində iki buxar qazanı olub. Buxar hamamın divarları və döşəməsi boyu çəkilən keramik borular vasitəsilə hamam otaqlarına daxil olur, bərabər sirkulyasiya edir və bütün hamımı qızdırırmış. 400 il yaşı olan bu unikal sistem 1963-cü ilə qədər ideal vəziyyətdə olub. Bütün bu müddət ərzində şəhərlilər arasında çox populyar olub. Başqa cür ola da bilməz. Vaxtilə Şah Abbasın olduğu bu hamamda yuyunan adam sanki tarixə baş vurmuş olur.

Gəncədə olub dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin məqbərəsinə getməmək olmaz. Cəmaləddin İlyas ibn Yusif Nizami Gəncəvi bu şəhərdə anadan olub, bu şəhərdə yaşayıb və bu şəhərdə vəfat edib. Özündə qədim və müasir memarlıq üslublarını birləşdirən monumental abidə 20,9 metr hündürlüyündə mərmər obeliskdən ibarətdir. Məqbərənin yanında böyük şairin əsərlərinin qəhrəmanları əhatəsində təsvir olunduğu heykəltəraşlıq kompleksi ucalır. Elə buradaca süni göl yaradılıb və Nizami Gəncəvinin “Xəmsə” adı ilə məşhur olan beş poemasının təcəssümü olan beş fəvvarə şırıldayır. 2014-cü ildə məqbərəyə bitişik ərazidə Nizami Gəncəvinin həyatı və yaradıcılığı ilə tanış edən yeni muzey açılıb.

XI əsrin sonu - XII əsrlərin əvvəllərində yaşamış daha bir böyük şairimiz Məhsəti Gəncəvi də əslən gəncəlidir. O, Azərbaycanın ilk görkəmli şairəsi, ilk qadın şahmatçısı, ilk tanınmış qadın musiqiçisi və ilk qadın bəstəkarı idi. Yeni şəhər poeziyasının nümayəndəsi olan Məhsəti Gəncəvi öz şeirlərində rəssam, şair və müğənnilərin obrazlarını tərənnüm edirdi. Məhsəti Gəncəvinin dərin fəlsəfi məzmunlu şeirləri və üslubca xalq şeirlərinə bənzəyən rübailəri Azərbaycan poeziyasının və bütövlükdə Şərq poeziyasının tarixində mühüm rol oynayıb.

Böyük memarlıq kompleksi olan "Gəncə Qala Qapıları” da tarixə maraq göstərənlərin diqqətini çəkir. Qədim qala şəklində yaradılan tikili iki qüllədən ibarətdir. 2014-ci ildə inşa edilən kompleks Gəncənin şərq girişində, Bakı-Qazax yolunun hər iki tərəfində yerləşir. Tikilinin ümumi uzunluğu 50, hər bir qüllənin hündürlüyü 22 metrdir. Yeddi mərtəbəli qalanın hər mərtəbəsində muzey zalları və qalereyalar yerləşir. Qüllələr bir-birinə 62 metrlik yeraltı tunellə bağlıdır. Qonaqlar bu tuneldən keçərək rəsm qalereyasına daxil olurlar. Muzey kompleksinin ekspozisiyası çox zəngin və maraqlıdır. Qüllələrin birində Gəncə Hərb Tarixi Muzeyi, Arxeologiya və Etnoqrafiya Muzeyi Abidə Kompleksi, rəsm qalereyası, milli mətbəxin ləziz yeməklərini təqdim edən restoran yerləşir. Müsafirlər qüllənin başındakı açıq müşahidə meydançasına da qalxa bilərlər, oradan ətrafa füsunkar mənzərə açılır. Sonra yeraltı tuneldən keçərək kompleksin ikinci qülləsinə daxil olurlar. Burada onlar “Azərbaycan - qədim sivilizasiya məkanı” və “Azərbaycan milli geyimləri” sərgilərinin ekspozisiyaları tanış ola bilərlər.

Xan bağı, Zingerin emalatxanası və Gəncə təamları

Gəncə küçələri yaşıllıq və çiçəklərə qərq olmuş son dərəcə rahat və səliqəli şəhərdir. Hər yerdə gül ləkləri görünür, çoxsaylı parklarda əkilən qollu-budaqlı küknar və əzəmətli çinar ağacları sakinlərə kölgəlik bəxş edir. Təkcə Azərbaycanın deyil, həm də bütün Qafqazın ən qədim bağlarından biri olan “Xan bağı” mərkəzi şəhər parkı çoxəsrlik ağacları ilə məşhurdur.

Parkın təməli 1700-ci ildə qoyulub və 1804-cü ildə Gəncənin son hakimi Cavad xanın şərəfinə ona “Xan bağı” adı verilib. 1840-1847-ci illərdə “Sərdar bağı” və ya Qubernator bağı adlanıb. 1850-ci ilə qədər parkda yalnız meyvə ağacları bitirmiş. 1860-ci ildən etibarən burada bəzək bitkiləri əkilib, ərazi genişləndirilərək 6 hektara çatdırılıb. Rəsmi məlumatlara görə, parkda təxminən 100 növ ağac və kol bitirmiş. 2010-cu ildə park əsaslı şəkildə yenidən qurulub. Hazırda burada, ümumən 7 hektar ərazidə çoxsaylı yerli və xarici flora nümunələri var. Parkdakı sıx yaşıllıq arasında çoxlu dələlər gözə dəyir.

Gəncənin mərkəzi prospektlərindən biri, əvvəllər Sabir, bu gün isə Cavad xanın adını daşıyan küçə şəhər sakinlərinin və qonaqların daha bir sevimli gəzinti yeridir. Bu küçədə yerləşən, əsas etibarilə XIX əsrin sonuna aid tarixi binalar 2011-ci ildə əsaslı təmir edilib.

Hazırda ümumi uzunluğu 550 metr olan bu küçədə fəvvarələr, milli rəmzimiz “buta” formasında gül ləkləri, heykəltəraşlıq miniatürləri və kompozisiyaları var. Maraqlıdır ki, Cavad xan küçəsində 1901-ci ilə aid qədim bir bina qalmaqdadır. 1902-ci ildən 1920-ci ilə qədər bu binada məşhur alman tikiş maşını istehsalçıları olan Zinger qardaşlarının emalatxanası və mağazası yerləşib.

İstər Azərbaycanda, istərsə də Qafqazda ən böyük park kompleksi olan Heydər Əliyev adına park kompleksini də müasir Gəncənin möcüzələrinə aid etmək olar. Qeyd edək ki, bu kompleks dünyanın beş ən böyük parkı siyahısına daxil edilib. Onun ümumi sahəsi nə az, nə çox, düz 450 hektardır! Kompleks hələ 1979-cu ildə "Yeni Gəncə" yaşayış massivində salınan Heydər Əliyev parkının əsasında yaradılıb. O vaxtlar Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olan Heydər Əliyevin 1980-ci ildə həmin parkda əkdiyi çinar ağacları indi də durur. Ərazinin genişləndirilməsi və yenidən qurulması işlərindən sonra görkəmini dəyişən park kompleksi 2014-ci ildə yenidən öz qapılarını Gəncə sakinlərinin və qonaqların üzünə açıb. Parkın girişində qonaqları əzəmətli Zəfər tağı qarşılayır. Bu tikilinin eni 20 metr, uzunluğu 50 metr, hündürlüyü isə 38 metrdir. Tağın zirvəsinə xüsusi pilləkənlər və ya liftlə qalxmaq olar. Yuxarıda muzey, kafe və müşahidə meydançası var, buradan şəhərə və ətraf ərazilərə heyrətamiz mənzərə açılır.

Bu şəhərə gəlsəniz, mütləq Gəncə dovğasının, kətənin və şah plovun dadına baxın. Gəncə dovğasının xüsusi hazırlanma qaydası var. Məsələn, digər bölgələrdən fərqli olaraq, Gəncə dovğasına noxud əlavə edilmir, əvəzində nanə, ispanaq, kərəviz və yumurta qatılır. Gəncədə qutaba kətə deyirlər. Gəncə kətəsi ət və ya ağ pendir əlavə edilmiş göyərti ilə bişirilir. Üstünə sumaq və zirinc səpilmiş kətə adətən böyük və doyumlu olur.

İstənilən məclisin tacı isə şah plovdur. Bu bayram yeməyinin adı onun görünüşü ilə bağlıdır. O, orta əsr Şərq hökmdarlarının tacını xatırladır. Adi plovdan fərqli olaraq, şah plov süfrəyə bir növ bükülü vəziyyətdə gətirilir. Yəni düyü və xuruş bir qazanda bişirilir. Qazanın dibinə və yanlarına lavaş döşənir. Bir növ içərisində buğlanan ətirli plov olan böyük piroq alınır.

Nəhayət, desertdə məşhur Gəncə paxlavasını dadmağı unutmayın. İçlik üçün istifadə edilən qoz nazik qabıqdan tam təmizlənir, buna görə də paxlavanın rəngi ağ olur. Paxlavanın xəmirinə mütləq gülab əlavə edilir, üstünə isə zəfəran suyu çəkilir və xaşxaş toxumu səpilir. Xaşxaş toxumlarını da əvvəlcədən qaynar su pörtlədib təmizləyirlər. Buna görə də dənələr ağ olur. Nəticədə gül və zəfəran ətirli Gəncə paxlavası son dərəcə ləziz alınır və ağızda əriyir.

Son vaxtlar Gəncə yenilənir, təmir-bərpa işləri sayəsində tarixi binalar ilkin simasına qayıdır. Bundan əlavə, yeni müasir memarlıq kompleksləri, parklar və otellər tikilir. Gəncə Azərbaycanın və dünyanın bütün guşələrindən hər il bura axışan çoxsaylı turistləri qarşılamağa tam hazırdır.

Emil Eyyubov

Məxsusi olaraq AZƏRTAC üçün

Foto: Şahin Mürşüdlü, www.goldenbook.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Premyer Liqaya yüksələn klub daha 3 futbolçu ilə vidalaşıb

Avropalıların yalnız 11 faizi ABŞ-ni müttəfiq hesab edir - ECFR sorğusu

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib

Bəzi sosial şəbəkələrdə uşaqların intihara, terrorizmə, kiberbullinqə məruz qalma ehtimalı daha çoxdur.

ADU-da “Çin dili körpüsü” müsabiqəsinə yekun vurulub

Rusiya Ermənistana qarşı mövqeyini sərtləşdirir: Lavrov KTMT-də İrəvanın məsələsinə baxılacağını bildirib

Almaniya səfiri Azərbaycan və Ermənistan arasında sülh prosesində əldə olunmuş nailiyyətləri təqdir edib

Türk professor Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qonağı olub

Qərbi Azərbaycan və Qarabağın mətbuat tarixi öyrənilir

Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri Xızıda konsert proqramı ilə çıxış edib

Azərbaycanda urbanizasiya prosesi və mənzil siyasətinin yeni strategiyaları

Kamran Əliyev: Yetkinlik yaşına çatmayan şəxslərlə bağlı qanunvericilikdə xüsusi humanist yanaşma tətbiq olunur

Kamran Əliyev: Uşaqlarla bağlı hər bir hüquq pozuntusu prokurorluq orqanlarını ciddi şəkildə narahat edir

Konstitusiya Məhkəməsi Palatasının iclasında Göyçay Rayon Məhkəməsinin müraciətinə baxılıb

Salyanda çörək istehsalı müəssisəsində nöqsanlar aşkar edilib

Naxçıvanda fəaliyyət göstərən sahibkarlar üçün proqnozlaşdırılabilən, etibarlı biznes mühiti yaradılacaq - ŞƏRH

Baş prokuror: Dünyada uşaqlara qarşı zorakılıq halları ciddi narahatlıq doğurur

Kembricdə təhsil alan azərbaycanlı tədqiqatçı: Qarabağdakı layihələr şəhərsalmanın ölkə üçün vacibliyini göstərir - MÜSAHİBƏ

Aytən Məmmədova: Qanun layihəsi qlobal qanunvericiliyin müasir çağırışlarını özündə əks etdirir

Kamran Əliyev: Uşaqların hüquqlarının qorunması prokurorluq orqanlarının fəaliyyətində prioritet istiqamətlərdən biridir

LNG Avropada əsas qaz mənbəyi kimi rolunu gücləndirib

Masallıda şadlıq sarayında saxta alkoqollu içkilər aşkarlanıb

Azərbaycanı dünya çempionatında 5 yelkənçi təmsil edəcək

Nazir Ceyhun Bayramov Tokioda Ermənistanla normallaşma prosesindən danışıb

XİN: Çin İran məsələsində atəşkəsin tərəfdarıdır

Azərbaycan və Böyük Britaniya arasında minatəmizləmə sahəsində gələcək layihələrlə bağlı fikir mübadiləsi aparılıb

Məktəblərdə mobil telefonların qadağası ilə bağlı nəzarət mexanizmləri tətbiq edilir

Seymur Məmmədov: Azyaşlılar qanunda təklif olunan dəyişikliklər barədə düzgün maarifləndirilməlidir

Ekspert: Uşaqların rəqəmsal təhlükəsizliyinin gücləndirilməsi davamlı maarifləndirmə tələb edir

Sosial şəbəkədə yaş qadağasına əməl olunmasına ciddi nəzarət ediləcək

İnformasiya təhlükəsizliyi sahəsindəki islahatlar cəmiyyət tərəfindən müsbət qarşılanır - RƏY

Şəhid və Vətən müharibəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin övladları Azərbaycanın enerji tarixi ilə tanış olublar

U-21 millisinin baş məşqçisi: Eqosunu komandadan üstün tutan futbolçunun yığmada yeri olmayacaq

Ötən il qlobal mayeləşdirmə və yenidən qazlaşdırma gücü artıb - HESABAT

Nazir müavini: Bir çox valideyn uşağının sosial şəbəkədən istifadəsinə nəzarət edə bilmir

AZƏRTAC-ın Uşaq Bilik Portalının sədası Ağdamdan gəlir VİDEO

AZƏRTAC-ın Uşaq Bilik Portalının sədası Ağdamdan gəlir VİDEO

BMU və İCMA arasında birgə fəaliyyət istiqamətləri müəyyənləşib

Gəncə Dövlət Aqrar Kollecinin ilk məzun buraxılışı olub

Azərbaycanın enerji diplomatiyası: Qlobal enerji təhlükəsizliyinə inteqrasiya olunmuş strateji inkişaf modeli - ŞƏRH

Azərbaycanla Yaponiya arasında əməkdaşlıq dərinləşir

Azərbaycan uşaqların maraqlarını və təhlükəsizliyini prioritet hesab edən hüquqi mexanizmlər formalaşdırır – ŞƏRH

Tramp İrana yeni zərbələr endirməyə hazır olduğunu bildirib

Agentlik: Yeni təmayül tədris modeli ali təhsilə hazırlığı daha əlçatan edir

Elmir Vəlizadə: Qanun layihəsinin əsas mahiyyəti uşaqların sosial şəbəkələrin zərərli təsirlərindən qorunmasıdır

Əmanət, qızıl, yoxsa daşınmaz əmlak : Vətəndaşlar yığımlarını necə dəyərləndirməlidir? VİDEO

Əmanət, qızıl, yoxsa daşınmaz əmlak : Vətəndaşlar yığımlarını necə dəyərləndirməlidir? VİDEO

“Uşaqlar və Hüquq” – Yeni kitab təqdimatı

Pakistanda hərbi helikopter qəzaya uğrayıb, bütün ekipaj həlak olub

“Azəriqaz”ın baş direktoru Cəbrayılda vətəndaşların müraciətlərini dinləyəcək

Bahar Muradova: Uşaqların hüquq düşüncəsinin formalaşdırılması onların gələcəyi üçün mühüm investisiyadır

Prezident Ərdoğan: Türkiyənin təhlükəsizliyi ölkə sərhədləri hüdudlarından kənarda başlayır

Avropa Komissiyası: Lüksemburqda pensiya islahatı doğru, lakin çox kiçik addımdır

Əhməd İsmayılov: Erkən yaşlarda tənzimlənməyən sosial şəbəkə istifadəsi müxtəlif problemlərə səbəb olur

Hesabat: Həkimlər süni intellekti səhiyyə sistemində AI texnologiyalarının tətbiqindən daha sürətlə mənimsəyirlər

Startap təsisçisi: Yanaşmamız “iLoyal”ı vahid biznes platforması kimi inkişaf etdirməkdir - MÜSAHİBƏ

® “AZEXIM CLUB”ın TOP-50 üzvü dövlət və hökumət başçıları ilə gorüşəcəklər

Hərbi Dəniz Qüvvələrində döyüş atışlı taktiki təlim

Klassik ənənə və müasir yanaşma: Beynəlxalq Muğam Mərkəzində növbəti konsert

MEDİA yeni qanun layihəsinin ictimai müzakirəsini təşkil edib

Maurits Rodenberq: Orta Dəhliz regiona yeni investisiyaların cəlb olunmasına imkan yaradacaq

“AzerGold”da Kəlbəcərin Söyüdlü qızıl yatağı layihəsinin icra vəziyyəti nəzərdən keçirilib

İsraildə xərçəngin böyüməsini ləngidən nanohissəciklər yaradılıb

Fərid Pərdəşünas: Mənfi halların qarşısını almaq üçün yeni qanun layihəsinin qəbulu vacibdir

Bərpaolunan dəniz energetikası Çini enerji ilə təmin edir

Azərbaycanın süni intellekt və rəqəmsal iqtisadiyyatı Ankarada təqdim olunub

Aİ Şurası və Avropa Parlamenti müdafiə sənayesinin gücləndirilməsinə razılıq verib

Tarixin söz körpüsü: bölgə yazarları Şəkidə bir araya gəldi

Rabatda Azərbaycanın müstəqilliyinin 108-ci ildönümü münasibətilə rəsmi qəbul təşkil edilib

Sofiyada motosikletçilər sığorta qiymətlərinin artmasına etiraz edəcəklər

İsmayıllıda Qafqaz Albaniyasının etnomədəni irsi araşdırılır – ekspedisiya rəhbəri ilə müsahibə

Azərbaycanda dağınıq skleroz üzrə aparılan tədqiqatlar Türkiyədə təqdim edilib

FIFA prezidenti: Los-Ancelesə dünya çempionatında “xoşbəxt barbarlar” axın edəcəklər

® SİMA həlləri Beynəlxalq Maliyyə və Bankçılıq Sammitində

DÇ-2026 FIFA-ya 9 milyard dollar gəlir gətirə bilər

® “Expressbank” “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026”nın rəsmi tərəfdaşıdır

Britaniyada müdafiə xərclərinin maliyyələşdirilməsi üçün vergi artımı gündəmdədir

Rumen Radev Ukraynaya silah tədarükünün dayandırıldığını açıqlayıb

İncəsənət məktəblərində ilk dəfə mərkəzləşdirilmiş buraxılış imtahanları: məzunlara elektron şəhadətnamə veriləcək

Qazaxıstan ABŞ şirkətlərini nadir metal yataqlarının işlənməsinə dəvət edib

Mustafa Aşurov: Səid Rüstəmovun musiqi irsi onun adını daşıyan orkestr tərəfindən uğurla yaşadılır

İkinci rübdə qlobal neft ehtiyatları gündəlik 6,3 milyon barel azalacaq – PROQNOZ

Çinin Sian Şiyou Universitetinin nümayəndə heyəti BDU-da olub

İsveçdə partiya liderinin çoxminlik tirajı olan kitabı müzakirə edilir

Gürcüstanda keçirilən əməliyyat zamanı 119 nəfər saxlanılıb

İran Amerika bazasındakı dörd obyektə zərbə endirib

AzMİU-da “Risklərin qiymətləndirilməsi və idarə olunması” Elmi-Tədqiqat Mərkəzi yaradılıb

Belçikada “İRS” Nəşriyyat Evinin yeni nəşrlərinin təqdimatı olub

Azərbaycan şahmatçıları Dünya Kubokunda mübarizə aparacaqlar

Şimali Kipr universitetlərinə daxil olmaq istəyən azərbaycanlı abituriyentlərə tövsiyə

Şimal-qərb bölgəsində tütün yığımına başlanılıb

Vətəndaşların penitensiar sahə ilə bağlı müraciətləri dinlənilib

Sosial Xidmətlər Agentliyinin əməkdaşları məhkumlarla görüşüblər

İqtisadiyyat naziri Mikayıl Cabbarov İTV-yə və AZƏRTAC-a müsahibə verib

Fındıq bağlarında fitosanitar monitorinqlər aparılıb

Cari ildə qlobal neft tələbatının sutkada 1,1 milyon barel azalacağı gözlənilir

Azərbaycan parataekvondoçusu: Qazandığım qızıl medallar sayəsində dünya reytinqində ikinci yerə yüksəldim

Azərbaycan və Britaniya arasında ikiqat vergitutmanın aradan qaldırılmasına dair yeni Konvensiya layihəsi üzrə danışıqlar baş tutub

“Klinik qastroenterologiya” dərsliyi nəşr olunub

Gənclərin potensialını düzgün istiqamətləndirmək üçün nələr təklif edilir?

Azərbaycanın xarici dövlət borcu açıqlanıb

ABŞ-nin neft hasilatında məhdud artım gözlənilir