Gəncədə atletika üzrə şəhər birinciliyi keçirilib
Bakı, 23 fevral, AZƏRTAC
Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə 26 Fevral - Xocalı Soyqırımının 29-cu ildönümünə həsr olunan atletika idman növü üzrə şəhər birinciliyi keçirilib.
AZƏRTAC Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, Gəncədəki Heydər Əliyev Park-Kompleksinin ərazisində keçiriləcək birincilikdə oğlanlar və qızlar 500 metr məsafəyə qaçış yarışlarında güclərini sınayıblar.
Tədbirdə 20-dən artıq gənc idmançı iştirak edib.
Sonda qaliblər Baş İdarə tərəfindən diplomla təltif olunublar.