Gəncədə karantin rejimini pozan kafe aşkarlanıb
Bakı, 25 dekabr, AZƏRTAC
Gəncədə karantin rejimini pozan kafe aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, Gəncə Şəhər Baş Polis İdarəsinin və onun tabeli orqanlarının əməkdaşları Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi xüsusi karantin rejimi qaydalarına riayət olunması istiqamətində tədbirləri davam etdirirlər.
Gəncə şəhəri Nizami Rayon Polis İdarəsinin əməkdaşları rayon ərazisində gizli fəaliyyət göstərən kafe aşkarlayıblar. Obyektin sahibi Şahid Hacıyevlə yanaşı, onun müştəriləri qanunla müəyyənləşdirilmiş qaydada saxlanılaraq rayon polis idarəsinin ərazi üzrə polis bölməsinə gətirilib və barələrində qanunamüvafiq tədbir görülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.