Gəncədə sahə müvəkkili iş yoldaşını qətlə yetirmişdir
Bakı, 18 may (AZƏRTAC). Gəncə şəhərində qətl hadisəsi törədilmişdir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, mayın 17-də saat 14.00 radələrində Gəncə şəhərinin Avtozavod adlanan ərazisində Kəpəz Rayon Polis Şöbəsinin sahə müvəkkili, polis kapitanı İnqilab Sadıqov münaqişə zəminində onunla birgə xidmətdə olan qohumu, polis serjantı Mehdi Həsənovu qətlə yetirmişdir.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğu tərəfindən cinayət işi açılmışdır, istintaq aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]