GƏNCƏDƏ SVETOFORLAR VƏ YOL NİŞANLARI MÜASİRLƏRİ İLƏ ƏVƏZ EDİLİR
Gəncə Şəhər Dövlət Yol Polisi İdarəsi gündən-günə artan nəqliyyat vasitələrinin hərəkətini tənzimləmək və tıxacların qarşısını almaq məqsədilə istismar müddətini başa vurmuş svetoforların və yol hərəkəti nişanlarının müasirləri ilə əvəz edilməsinə başlamışdır.
İdarədən AZƏRTAC-ın müxbirinə demişlər ki, quraşdırılan yeni svetoforlar ən müasir avadanlıqla idarə olunacaqdır. Artıq şəhərin mərkəzi hissəsində bu iş başa çatdırılmışdır. Qalan küçələrdə isə quraşdırma işləri ilin axırınadək yekunlaşacaqdır.