GƏNCƏDƏ XEYRİYYƏ GÜNLƏRİ KEÇİRİLƏCƏK
İcra hakimiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, ilk tədbirin fevralın 18 və 19-da keçirilməsi nəzərdə tutulmuşdur. İki günlük aksiyada imkansızlara pulsuz səhiyyə, iaşə və müxtəlif məişət xidmətləri göstəriləcək. Azadlıq meydanında çadırlar qurularaq ehsan süfrələri açılacaqdır. Bundan başqa, 700 nəfər kimsəsiz və imkansız adamlara ərzaq və dərman preparatları veriləcəkdir. Məktəblilər isə evlərə gedərək müxtəlif işlərdə qocalara kömək göstərəcəklər.