Gəncədə xüsusi karantin rejiminin tələblərini pozan çörək sexi aşkarlanıb
Gəncə, 6 iyun, Rauf Hacıyev, AZƏRTAC
Gəncə şəhərinin Nizami rayonu ərazisində Nazirlər Kabineti yanında Operativ Qərargahın iyunun 6-dan 8-dək müəyyənləşdirdiyi şərtləşdirilmiş karantin rejiminin tələblərini pozaraq fəaliyyət göstərən çörək sexi aşkarlanıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə DİN-in mətbuat xidmətinin Gəncə Regional Qrupundan məlumat verilib. Bildirilib ki, polis əməkdaşları tərəfindən çörək sexinin fəaliyyəti dayandırılıb, obyekt sahibi və işçilər barəsində qanunamüvafiq tədbirlər görülüb.