Gənclər Ulu Öndərə sevgisini onun xatirəsinə bəslədiyi sonsuz ehtiramla ifadə edir
Bakı, 10 may, AZƏRTAC
Ulu öndər Heydər Əliyevin xalqımız və Vətənimiz qarşısında xidmətləri o qədər möhtəşəmdir ki, millət öz sevgisini onun xatirəsinə bəslədiyi sonsuz ehtiramla ifadə edir. Biz də hər il Ulu Öndərin xatirəsini yad etməyi özümüzə borc bilirik.
Bu sözləri ümummilli lider Heydər Əliyevin xatirəsini yad etmək üçün mayın 10-da Fəxri xiyabana gəlmiş tələbə Novruz Məmmədzadə AZƏRTAC-a müsahibəsində deyib.
N.Məmmədzadə bildirib ki, xalqın təkidli tələbi ilə Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı nəticəsində Azərbaycanda ictimai-siyasi sabitlik bərpa edilib, ölkəmiz məhv olmaq təhlükəsindən xilas olub.
Ümummilli Liderin Azərbaycan dövləti və xalqı qarşısında tarixi xidmətlərindən söhbət açan N.Məmmədzadə bildirib ki, bu gün biz - gənclər Ulu Öndərin şah əsəri olan müasir müstəqil Azərbaycan dövlətinin vətəndaşıyıq və bununla da qürur duyuruq. Dahi dövlət xadimi Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində xalqımız rahat və firavan yaşayır.