Gənclərlə iş sahəsində müasir kommunikasiya vasitələrinin tətbiqi təkmilləşdirilir
Bakı, 14 iyul, AZƏRTAC
Quba və İsmayıllı rayonlarında Xızı, Siyəzən, Şabran, Xaçmaz, Quba, Qusar, Şamaxı, Qobustan, İsmayıllı, Ucar, Ağdaş, Ağsu, Zərdab, Kürdəmir və Göyçay rayonları, Sumqayıt və Abşeron şəhərlərinin Gənclər və İdman idarələri, Gənclər evlərinin əməkdaşları üçün “Sosial mediadan səmərəli istifadəyə dair biliklərin təkmilləşdirilməsi” mövzusunda təlim kursu keçirilib.
Azərbaycan Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təlim kursunda feysbuk, tviter, instaqram, yutub və digər sosial şəbəkə platformalarında gəncləri maraqlandıran kontentlərin gücləndirilməsi, məlumatların daha asan və qısa formada gənclərə çatdırılması, təhlillərin aparılması, müxtəlif təminat proqramlarında işləmək, datanın yaradılması və gündəlik işin elektronlaşdırılması, tədbirlərin sosial şəbəkələrdə düzgün kommunikasiyasının qurulması və s. istiqamətlər üzrə əməkdaşlara təlimlər keçirilib.
Təlimlərdə həm də nəzəri biliklərin praktikada tətbiqi öyrədilib, bilik və bacarıqlar təkmilləşdirilib.
Təlimlər vasitəsilə zonlar üzrə bütün rayon və şəhərlərin Gənclər və İdman idarələrinin və Gənclər evlərinin əhatə edilməsi nəzərdə tutulub.