GƏNCLİYƏ YARDIM FONDU 30 MİN AİLƏYƏ QURBAN ƏTİ PAYLAMIŞDIR
AZƏRTAC xəbər verir ki, 1994-cü ildən fəaliyyət göstərən Gəncliyə Yardım Fondu (GYF) Qurban bayramı münasibətilə 30 min ailəyə yardım göstərmişdir.
GYF-nın təşkilatçılığı ilə kəsilən təxminən min baş heyvan bir neçə qeyri-hökumət təşkilatının vasitəsilə müxtəlif rayonlarda məskunlaşan qaçqınlara və məcburi köçkünlərə, şəhid ailələrinə, əlillərə, eləcə də imkansızlara paylanmışdır.