GİMNASTİKA ÜZRƏ AZƏRBAYCAN BİRİNCİLİYİ VƏ BAKI ŞƏHƏR ÇEMPİONATI BAŞA ÇATMIŞDIR
AZƏRTAC xəbər verir ki, noyabrın 16-da Olimpiya İdman Kompleksində gimnastika üzrə 15-ci Azərbaycan birinciliyinə və Bakı şəhər çempionatına yekun vurulmuşdur.
Azərbaycan Gimnastika Federasiyasının, Gənclər və İdman Nazirliyinin Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi ilə birgə təşkil etdiyi yarışlarda 92 idmançı mübarizə aparmışdır. Üç gün davam edən yarışlar 4 yaş qrupu üzrə keçirilmişdir.
Yarışın nəticələrinə görə, 1993-1995-ci il təvəllüdlü idmançılar arasında birincilik Cəmilə Hüseynovaya, 1996-cı il təvəllüdlü gimnastların yarışında Aişə Mustafayevaya, 1997-1998-ci il təvəllüdlü idmançıların mübarizəsində isə Yekaterina Prokopenkoya nəsib olmuşdur. 1999-2001-ci il təvəllüdlü ən kiçik yaş qrupunda isə Cənnət Məmmədova birinci olmuşdur.
Yarış iştirakçılarının xalları çoxnövçülük üzrə müəyyən edilmişdir.
Sonda giminastlar qala konsert proqramı ilə çıxış etmişlər.
Qaliblərə fəxri fərman, diplom, qiymətli hədiyyələr və pul mükafatı verilmişdir.
######
![]() |
![]() |
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [18:21]
“Sabah”ın futbolçusu: Tarixi oyunda qələbə qazanmaq istəyirik
- 12.10.2026 [17:12]
“Qarabağ” klubunun mətbuat katibi vəzifəsindən ayrılıb
- 12.10.2026 [16:32]
“Trabzonspor” basketbol klubunun baş məşqçisi Azərbaycandan təklif alıb
- 12.10.2026 [15:58]

