Gimnaziadada iştirak edəcək Azərbaycan boksçuları müəyyənləşib
Bakı, 21 oktyabr, AZƏRTAC
Azərbaycan boksçuları Bəhreynin paytaxtı Manama şəhərində keçiriləcək Gimnaziadada mübarizə aparacaqlar.
Azərbaycan Boks Federasiyasından (ABF) AZƏRTAC-a verilən məlumata görə, məktəblilər arasında təşkil olunacaq yarışda ölkəmizi yeniyetmələrdən ibarət komanda təmsil edəcək. Gimnaziadada Əli Əliyev (46 kiloqram), Şahin Mustafatev (48 kiloqram), Nihat Qasımov (50 kiloqram), Zakir Həsənzadə (52 kiloqram), Sübhan Babayev (54 kiloqram), Tamerlan Əlimzanov (57 kiloqram), Şahin Aslanov (60 kiloqram), Haqverdi Həsənov (63 kiloqram), Valeh Eyvazlı (66 kiloqram), Rza Rzayev (70 kiloqram), Adil Zalov (75 kiloqram), Səfdər Məmmədzadə (+80 kiloqram), Gülər Hüseynova (46 kiloqram), Banuçicək Nəsirli (48 kiloqram), Aylin Nəzərova (50 kiloqram), Aysun Mikayılova (52 kiloqram), Tağı Əminə (54 kiloqram), Mələk Hümbətova (57 kiloqram) və Dəniz Babayevaya (63 kiloqram) güclərini sınayacaqlar.
Bəhreyndə azərbaycanlı hakimlərdən Asif Məmmədov və Fərhad Rəhmanov ədaləti qoruyacaq.
Qeyd edək ki, boks yarışları oktyabrın 25-dən 30-dək keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:23]
Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]