Giorgi Qaxariya: Gürcüstanda tam qapanmanın tətbiqi planlaşdırılmır

Tbilisi, 29 dekabr, AZƏRTAC
Gürcüstan ərazisində ümumi sərt karantin rejiminin elan olunacağı ilə bağlı yayılan məlumatların heç bir əsası yoxdur. Ölkədə tam qapanmanın tətbiqi planlaşdırılmır”.
AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin baş naziri Giorgi Qaxariya dekabrın 29-da keçirdiyi brifinqdə bildirib.
Baş nazir qeyd edib ki, avtomobillərin və piyadaların hərəkətinin tam məhdudlaşdırılması nəzərdə tutulmur. Yalnız dekabrın 24-dən fəaliyyətinə icazə verilən ticarət obyektləri gələn il yanvarın 3-dən etibarən bağlanacaq. Biz artıq məhdudiyyətlərin müsbət nəticələrini müşahidə edirik. Əlavə digər məhdudlaşdırıcı tədbirlər həyata keçirilməyəcək”.
Hökumət başçısı qeyd edib ki, ölkənin səhiyyə sistemi cari epidemioloji vəziyyətin öhdəsindən gəlməkdədir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi