Gömrük əməkdaşları üçün təlimlər təşkil edilib
Bakı, 25 fevral, AZƏRTAC
Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərində yerləşən Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində Dövlət Gömrük Komitəsi əməkdaşları üçün etik davranış qaydalarının təkmilləşdirilməsi, korrupsiyaya qarşı mübarizə sahəsində məlumatlılıqlarının artırılması, fəaliyyət istiqamətləri üzrə bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə təlimlər keçirilib.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirilib ki, təlimlərdə gömrük əməkdaşlarına Virtual Reallıq Proqramından istifadə qaydaları, korrupsiya və onunla mübarizə sahəsində milli və beynəlxalq təcrübə, bəyanetmə və rəsmiləşdirmə, etik davranış, əqli mülkiyyət mövzularında təqdimatlar nümayiş etdirilib, müzakirələr aparılıb.
İki gün davam edən təlimlərdə ərazi və ixtisaslaşmış gömrük orqanlarında xidmət edən 130-dan çox gömrük əməkdaşı iştirak edib.