GÖSTƏRİLƏN ETİMADI DOĞRULTMAQ HƏR BİR VƏZİFƏ SAHİBİNİN BORCUDUR
AZƏRTAC-a daxil olmuş məlumatda deyilir ki, vətəndaşların təklif, ərizə və şikayətlərinə yerlərdə baxılması və lazımi tədbirlərin görülməsi ilə əlaqədar növbəti görüş rayonun Mıxlı Qovaq kənd ərazi nümayəndəliyində keçirilmişdir. Rayon polis şöbəsinin rəisi, polis polkovniki Məhərrəm Əliyevin, bölmə rəisləri, ərazi nümayəndəsi, bələdiyyə sədrinin iştirak etdiyi görüşdə 25 nəfərdən artıq kənd sakini qəbul olunmuşdur. Hər şeydən əvvəl müraciət edən vətəndaşlara onların hüquq və vəzifələri izah edilmiş, şikayətləri dinlənildikdən sonra bilavasitə polis şöbəsinə aid olan haqlı tələblərin yerinə yetirilməsi üçün bölmə rəislərinə konkret tapşırıqlar verilmişdir. Digər vətəndaşların şikayətləri isə müvafiq orqanlara ünvanlanmışdır. Hər bir vətəndaşın müraciətinə həssaslıqla yanaşmağın vacibliyini vurğulayan Məhərrəm Əliyev göstərilən etimadı doğrultmağın hər bir vəzifə sahibinin borcu olduğunu bildirmişdir.