Göyçayda 20 Yanvar şəhidlərinin xatirəsi ehtiramla anılmışdır
Göyçay, 20 yanvar (AZƏRTAC). 20 Yanvar faciəsinin 22-ci ildönümü Göyçay rayonunda da ümumxalq hüzn günü kimi qeyd edilmişdir.
AZƏRTAC xəbər verir ki, yanvarın 20-də minlərlə göyçaylı Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş insanların əziz xatirəsinə ehtiramlarını bildirmək üçün Şəhidlər xiyabanına toplaşmışdır. Onlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə həlak olmuş Vətənin qəhrəman övladlarının məzarları üzərinə gül dəstələri düzmüş, şəhidlərin ruhu qarşısında baş əymişlər.
Gün ərzində Şəhidlər xiyabanında matəm musiqisi səsləndirilmiş, qəhrəman Vətən oğul və qızlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, onların müqəddəs ruhuna dualar oxunmuşdur.
O qanlı şənbə gecəsində düşmən gülləsinə tuş gələrək şəhidlik zirvəsinə ucalmış Rauf İsayev və Mehman Muradovun ailəsi ilə görüş keçirilmiş, vaxtilə onların təhsil aldıqları orta məktəblərdə anma mərasimləri təşkil olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]