Azərbaycan Dövlət İnformasiya Agentliyi

Göygöldə “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirələr keçirilib

Bakı, 3 sentyabr, AZƏRTAC

Göygöl rayonunda “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirələr keçirilib. Aqrar Kredit və İnkişaf Agentliyi, Aqrar İnnovasiya Mərkəzi (AİM) və Göygöl Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən müzakirələrdə Azərbaycan Biznesinin İnkişafı Fondunun, Dövlət Məşğulluq Agentliyinin rəsmiləri, bank və bank olmayan kredit təşkilatlarının nümayəndələri, yerli fermerlər iştirak ediblər.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə çıxış edən Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov bildirib ki, ölkəmizdə kənd təsərrüfatının inkişafına dövlət tərəfindən ciddi dəstək verilir. Aqrar sahənin inkişafına müxtəlif istiqamətli subsidiyaların ayrıldığını deyən AİM rəhbəri bu dəstək mexanizmləri nəticəsində ölkəmizdə kənd təsərrüfatı məhsullarının istehsalı və ixracının son illər sürətlə artdığını vurğulayıb. Qeyd edib ki, konkret inkişaf hədəflərini stimullaşdırmağa yönəlmiş subsidiya siyasəti təkcə kənd təsərrüfatı məhsullarının istehsal xərclərinin bir hissəsinin dövlət tərəfindən qarşılanmasını deyil, həm də müasir suvarma sistemlərinin tətbiqi sayəsində su və torpaq resurslarında səmərəli istifadənin genişlənməsini, xarici bazarlarda rəqabətədavamlı kənd təsərrüfatı məhsullarının istehsalının artmasını təmin edir. Anar Cəfərov subsidiyalaşma siyasətinin yekunda aqrar sahədə çalışan insanların gəlirlərinin artmasına və maddi rifah halının yüksəlməsinə müsbət təsir göstərdiyini deyərək, fermerləri dövlətin bu sahəyə dəstək mexanizmlərindən faydalanmağa çağırıb.

Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev bildirib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində aqrar sahənin davamlı və dayanıqlı inkişafı təmin edilib. Dövlətin aqrar siyasətinin əsas istiqamətlərindən birinin bölgələrdə məşğulluq səviyyəsinin, aqrar sahədə məhsul istehsalının artırılması olduğunu xatırladan Elvin Paşayev əlavə edib ki, aqrar sahəyə dövlət tərəfindən subsidiyalar şəklində dəstək verilməsi bölgələrin inkişafını sürətləndirir. Göygöl rayonunun aqroiqlim şəraitinin kənd təsərrüfatının müxtəlif istiqamətlərinin, o cümlədən giləmeyvəçiliyin inkişafına imkan verdiyini deyən icra hakimiyyətinin başçısı bu sahəyə subsidiyaların artırılmasının rayonda moruq, böyürtkən və digər giləmeyvələrin becərilməsinə ciddi maraq yaratdığını vurğulayıb. Elvin Paşayev bölgələrdə “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda keçirilən panel müzakirələrin dövlətin aqrar siyasəti ilə bağlı maarifləndirmə prosesi üçün mühüm platformaya çevrildiyini bildirib, fermerləri panel müzakirələrdə fəal iştirak etməyə çağırıb.

Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) direktoru Azər Hacıyev aqrar sahəyə dövlət dəstəyi prosesinin tam elektronlaşdırıldığını, fermerlərə subsidiyaların Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) üzərindən verildiyini deyib. Payızlıq və yazlıq əkinlərin, çoxillik əkmələrin EKTİS-də vaxtında bəyan olunmasının vacibliyini vurğulayan DAİM direktoru bu prosesdə fermerlərə hər cür texniki dəstək göstərildiyini qeyd edib. Azər Hacıyev Göygöl rayonu üzrə 4 min nəfərdən artıq fermerin kənd təsərrüfatının müxtəlif sahələrinə ayrılan subsidiyalardan yararlandığını bildirib.

Panel müzakirələrdə çıxış edən digər dövlət qurumlarının, bank və bank olmayan kredit təşkilatlarının nümayəndələri aqrar sahədə dövlətin dəstək mexanizmləri, kənd təsərrüfatı fəaliyyəti üçün ayrılan güzəştli kreditlər, texnika və damazlıq heyvanların alınması zamanı 40-60 faiz aralığında dövlət dəstəyi, kreditləşmə mexanizmləri, fermerlərə təklif olunan bank məhsulları barədə geniş məlumat veriblər. Qeyd olunub ki, maliyyə təşkilatları Aqrar İnnovasiya Mərkəzi tərəfindən bölgələrdə təşkil olunan Aqrar Biznes festivalları və məhsul festivallarında fermerlərə öz məhsullarını təklif edirlər.

Debat formatında davam edən müzakirələrdə fermerlərin texnika, damazlıq heyvan, müasir suvarma sistemləri alınması zamanı tətbiq olunan dövlət dəstəyi mexanizmləri barədə sualları geniş cavablandırılıb. Bildirilib ki, fermerlər kənd təsərrüfatı texnikası və müasir suvarma sistemləri alan zaman bu məhsulların gömrük dəyərinin 20 faizi həcmində ilkin ödəniş edir, məbləğin 40 faizi dövlət tərəfindən subsidiyalaşdırılır, qalan 40 faiz isə Aqrar Kredit və İnkişaf Agentliyi ilə tərəfdaşlıq edən bank və bank olmayan kredit təşkilatları tərəfindən kreditləşdirilir. Kreditin əsas hissəsini 60 ay ərzində fermerlər, faizlərini isə dövlət ödəyir. Analoji mexanizm müasir suvarma sistemlərinin alınması zamanı da tətbiq olunur. Damazlıq heyvan alışı zamanı isə dövlətin fermerlərə dəstəyi 60 faiz təşkil edir.

Göygöl rayonunda dövlətin bu cür dəstək mexanizmlərindən yararlanaraq texnika və müasir suvarma sistemləri alan böyük heyvandarlıq təsərrüfatları yaradan fermerlər çıxış edərək, subsidiyalaşma siyasətinin müsbət təcrübələri barədə fikirlərini bölüşüblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili

Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub

“Sabah” Çempionlar Liqasının ev oyunları üçün paket biletlərin satışını başa çatdırır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Türkiyədə muzeyləri ziyarət edənlərin sayı rekord səviyyəyə çatıb