Göygöldə qadın voleybolçular arasında Avropa çempionatı öncəsi test oyunu keçirilib
Bakı, 25 iyul, AZƏRTAC
Sentyabrın 22-dən oktyabrın 1-dək Azərbaycanda və Gürcüstanda qadın voleybol komandaları arasında Avropa çempionatının final oyunları keçiriləcək. Azərbaycanda oyunlar Bakı və Göygöl şəhərlərində olacaq.
AZƏRTAC xəbər verir ki, iyulun 25-də Göygöldə Avropa çempionatının test - yoxlama oyunu keçirilib. Oyunun əsas məqsədi arenada hər hansı çatışmazlıq olduğu təqdirdə Avropa çempionatınadək onun aradan qaldırılmasıdır.
Göygöl Olimpiya İdman Kompleksində keçirilən test oyununda Avropa Voleybol Konfederasiyasının nümayəndələri oyun zamanı çelenc sisteminin işləməsini, işıqlandırmanı və s. yoxlayıblar.
Avropa çempionatı zamanı Göygöldə “D” qrupunun oyunları təşkil ediləcək. Bu qrupda Hollandiya, Belçika, Serbiya və Çexiya yığmaları yer alıblar.
Xatırladaq ki, on altı ölkənin iştirak edəcəyi çempionatın oyunları Bakı, Göygöl və Tbilisidə keçiriləcək. Qarşılaşmalar Bakıda Milli Gimnastik Arenasında, Göygöldə isə Olimpiya İdman Kompleksində təşkil olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [12:05]
Azərbaycan idmançıları savat üzrə Avropa çempionatında 2 medal qazanıblar
- 29.09.2026 [11:51]
Afrika Millətlər Kuboku üçün alternativ ev sahibləri axtarılır
- 29.09.2026 [11:23]
Bakıdakı Dünya Kubokunda 44 ölkədən 216 üzgüçü mübarizə aparacaq
- 29.09.2026 [11:02]
“Xankəndi” klubunun yeni baş məşqçisi bəlli olub
- 29.09.2026 [10:21]
Avarçəkmə və kanoe üzrə Mingəçevir Reqatası bu gün Füzulidə start götürəcək
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]
Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub
- 28.09.2026 [23:56]
Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb
- 28.09.2026 [23:04]
Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
- 28.09.2026 [22:45]