GÖZƏTÇİNİN YANMIŞ MEYİTİ TAPILMIŞDIR
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Maştağa qəsəbəsində sahibi hələlik müəyyən olunmayan 2 otaqlı bağ evində yanğın baş vermişdir. Yanğın söndürüldükdən sonra evin gözətçisi Emin adlı şəxsin yanmış meyiti tapılmışdır.
Hadisənin səbəbi araşdırılır.