Azərbaycan Dövlət İnformasiya Agentliyi

Gözlərdəki qürur, sona çatan 30 illik həsrət - Şükürbəyli sakinləri sevinclərini AZƏRTAC-la bölüşüblər

Cəbrayıl, 21 may, AZƏRTAC

İşğaldan azad edilmiş torpaqlarımızın "Böyük Qayıdış" proqramı çərçivəsində yenidən qurulması və sakinlərin doğma yurdlarına qovuşması prosesi sürətlə davam edir. Cəbrayıl rayonunun yenidən qurulan yaşayış məskənlərindən biri olan Şükürbəyli kəndində artıq həyat yenidən canlanıb.

AZƏRTAC xəbər verir ki, Şükürbəyli kəndi bu gün daha 39 ailəyə qucaq açıb. Həyata keçirilən növbəti köç mərhələsi ilə kənddə daha bir tarixi və sevincli gün yaşanıb. Doğma yurda geri dönən Şükürbəyli sakinlərinin üzündəki sevinc, illərdir çəkdikləri Vətən həsrətinin bitməsindən doğan böyür qürur hissi hər bir addımda özünü büruzə verir.

Doğma yurduna qovuşan Firudin Həsənov kəndə qədəm qoyduğu ilk anda illər əvvəlki xatirələrinin gözü önündə yenidən canlandığını bildirir. O, 1993-cü ilin ağrılı günlərini xatırlayaraq qeyd edib ki, işğal zamanı Füzuli istiqamətində yollar bağlandığı üçün ailəsi ilə birlikdə Araz çayını keçərək bu yerləri çətinliklə tərk edə biliblər. Doğma torpaqdan 21 yaşında ayrılmaq məcburiyyətində qalan F.Həsənov, otuz ildən sonra bura 54 yaşında, artıq bir ailə başçısı kimi, övladları ilə birlikdə qayıtmağın qürurunu yaşayır. O, illərlə çəkdikləri Vətən həsrətinə baxmayaraq, bir gün mütləq geri dönəcəklərinə olan ümidlərini heç vaxt itirmədiklərini vurğulayır.

“Şükürbəylidə artıq ən böyük arzumuz gerçəkləşib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Ordumuz torpaqlarımızı işğaldan azad etdi. Bizə bu xoşbəxtliyi bəxş edən şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirəm. Bu gün doğma kəndimiz tamamilə yenidən qurulub, müasir evlər inşa edilib, yollarımız abadlaşdırılıb. Dövlətimiz tərəfindən bizə hər cür şəraiti olan 3 otaqlı mənzil verilib. Burada yaşamaq və yaratmaq üçün hər bir imkan mövcuddur”, - deyə o əlavə edib.

Kənd sakini Pakizə Sadıqova da illərlə qəlbində gəzdirdiyi Vətən həsrətinin artıq sona çatdığını və ailəsi üçün tamamilə yeni, xoşbəxt günlərin başladığını ifadə edir. O, məcburi köçkünlük dövrünün gətirdiyi bütün çətinliklərə baxmayaraq, doğma el-obaya qayıdacaqlarına olan ümidini bir an belə itirməyib. Bu torpaqlardan vaxtilə 40 yaşında ayrılan kənd sakini, indi bura 72 yaşında, ağbirçək bir ana kimi geri dönüb. O, otuz iki ildən sonra yenidən Şükürbəylinin havasını udmağın, doğma torpağa qədəm qoymağın bəxş etdiyi hissi “yenidən dünyaya gəlmək” kimi qiymətləndirir.

Uzun illər yuxularını bəzəyən kəndin indi tamamilə müasir simada yenidən qurulduğunu qürurla vurğulayan Pakizə nənə sevincini bu sözlərlə tamamlayıb: “Biz illərlə bu anın xəyalı ilə yaşadıq və bu gün arzumuz artıq gerçəyə çevrilib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Ordumuz bizlərə bu günləri yaşatdı. Ailə üzvlərimlə birlikdə bura qayıtmışıq. Şükürbəylimiz indi daha da gözəlləşib”.

Kənd sakini Tahir Şükürov da 33 ildən sonra doğma yurda qayıtmağın sevincini yaşayır: “33 il səbirsizliklə bu günü gözlədik. Məcburi köçkünlük illərində müxtəlif yerlərdə yaşadıq. Çətin günlərimiz olsa da, hər zaman Vətənə qayıdacağımıza inanırdıq. İndi isə sevinc hissləri ilə doğma elimizə qayıtmışıq. Hazırda 70 yaşım var. Ailə üzvlərim, övladlarım və nəvələrimlə birlikdə doğma kəndimizdəyik. Ali Baş Komandan İlham Əliyevə və Ordumuza təşəkkür edirik. Onların sayəsində biz bu günlərə qovuşduq və tarixi anların şahidi olduq. Bu torpaqlar uğrunda qəhrəman oğullarımız canlarını fəda ediblər. Ona görə də bu yerlərin hər qarışı bizim üçün müqəddəsdir. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə cansağlığı versin”.

Qeyd edək ki, bu mərhələdə Şükürbəyli kəndinə 39 ailə olmaqla 165 nəfər köçürülüb. Onlar respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, düşərgə, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Müxbir-Aydın Yavərzadə

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Niderland təmsilçisi: WUF13-ə ev sahibliyi Azərbaycanın beynəlxalq tədbirlərin idarəçiliyindəki rolunu daha da gücləndirəcək

Fələstinli memarlar WUF13-də Azərbaycanın şəhərsalma təcrübəsini öyrənirlər

Dan Nikander: Mənzil bazar məhsulu deyil, fundamental insan hüququdur

Niderland təmsilçisi: WUF13 başa çatdıqdan sonra tətilimi Bakıda keçirəcəyəm

Xankəndidə tələbələrə azad edilmiş ərazilərdəki inkişaf layihələri barədə məlumat verilib

Esmeralda Van de Ridder: WUF13 aktual məsələləri müzakirə etmək üçün mühüm platformadır

Ukrayna səfiri Azərbaycana göstərilən dəstəyə görə təşəkkür edib

Dan Nikander: Mənzil bazar məhsulu deyil, fundamental insan hüququdur

İspaniyalı ekspert: Urbanizasiyaya sürətli keçid lokal təşəbbüsləri aktual edir

UNICEF-in nümayəndəsi: Təhlükəsiz ev hər bir uşağın ehtiyac duyduğu sığınacaqdır

Abheet Solomon: Uşaqların sağlamlığını birbaşa şəhər planlaşdırmasına daxil etməliyik

Ağdamda Pənahəli xanın İmarət Kompleksi tarixi irs və müasir turizm mərkəzinə çevrilib

UNEP-in bölmə rəhbəri: Binalar və tikinti sektoru qlobal enerji mənşəli karbon emissiyalarının 34 faizini təşkil edir

Azərbaycan Premyer Liqasında “transfer pəncərələri”nin vaxtı açıqlanıb

Nihal Saad: İrsə əsaslanan yenidənqurma güclü cavab modelidir

Alina Bisembaeva: TOD yanaşması şəhər nəqliyyatını daha səmərəli və əlçatan edir

Bakı “Boston Consulting Group”un ən sürətlə dəyişən şəhərlər reytinqində ilk 20-likdə yer alıb

UNAOC direktoru: İrsin dirçəldilməsi mədəniyyətlərarası dialoqu gücləndirir

Ağdam şəhəri və Cəbrayılın Şükürbəyli kəndinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib

BMT rəsmisi: WUF13 ölkələrin bir-birinə dəstəyi baxımından mühüm əhəmiyyət daşıyır

Aqroturizmin inkişafına yönəlmiş “Farm2Tour” hakatonu yekunlaşıb

BDU-da “Diplomatın nitqi” layihəsinin iştirakçılarına sertifikatlar verilib

WUF13 çərçivəsində “Yeni inkişaf üçün tranzityönümlü planlaşdırma” mövzusunda sessiya başlayıb

Araz Bağırlı: Mədəni irs dayanıqlı şəhər inkişafının əsas amilidir

UNITAR "ASAN xidmət"lə əməkdaşlığı genişləndirir

Aygün Əliyeva: Qlobal Cənub QHT Platforması ilə birgə təşkil olunan forum beynəlxalq ictimaiyyətə mühüm mesaj verdi

WUF13 qlobal şəhərsalma problemlərinin həllinə töhfə verəcək

Müasir məktəb, böyük ümidlər – Ağdam şəhər 1 nömrəli tam orta məktəbdən REPORTAJ

Lajana Manandhar: Azərbaycanın WUF13-ə ev sahibliyi etməsi təsadüfi deyil

WUF13 çərçivəsində “Boston Consulting Group”un qlobal şəhərlər reytinqinin yeni nəşrinin təqdimatı olub

MDB Parlamentlərarası Assambleya Şurasının Baş katibi Dmitri Kobitskidən və Baş katibin müavini Aydın Cəfərovdan

Alissa Bankovska: Evlərin təhlükəsiz şəkildə tikilməsi gələcəkdə yarana biləcək risklər baxımından vacibdir

Azərbaycan nümayəndə heyətinin iştirak etdiyi “EFES – 2026” təlimində “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib

Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi Ramil Həsəndən

Qabriel Ameh: Bakı müasir arxitekturası ilə dünyanın ən qabaqcıl şəhərləri ilə eyni sırada dayanır

Avstraliya İttifaqının General-Qubernatoru Samanta Mostindən

® “Kapital Bank” məşhur “Federated Hermes Limited” şirkəti ilə əməkdaşlığa başladı

İcraçı direktor: Növbəti şəhərsalma forumuna ev sahibliyi edəcək Meksikanın qarşısında böyük vəzifə durur

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifdən

Rüfət Mahmud: İçərişəhər mədəniyyət və yaradıcı sənayelər mərkəzi kimi müəyyən olunub

Azərbaycan beynəlxalq dialoq və qlobal əməkdaşlıq üçün etibarlı platforma kimi tanınır

Ombudsman Aparatı ilə AHİK arasında əməkdaşlıq memorandumu imzalanıb

Tədbirdən kənar - WUF13-dən FOTOLAR

Beynəlxalq Miqrasiya Təşkilatının Baş direktorunun müavini Böyük Qayıdış proqramını yüksək qiymətləndirib

Trinidad və Tobaqo Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Kristin Karla Kanqaludan

Gilavar Foto Klubu WUF13-də üç fərqli mövzuda fotosərgi açıb

Nazir müavini: “Azərbaycan Mədəniyyəti – 2040” yeni inkişaf modeli təqdim edir

Şəhərsalma və memarlıq üzrə ekspert: Ukraynada əlçatan mənzillərin çatışmazlığı problemi var

WUF13 ADNSU üçün beynəlxalq platforma rolunu oynayıb

Tailandın Kralı Maha Vajiralongkorn Phra Vajiraklaochaoyuhuadan

ÜST-nin nümayəndəsi: Sıx yaşayış şəraiti xəstəliklərin yayılmasına səbəb ola bilər

Livan Respublikasının Prezidenti general Cozef Aundan

Aygün Əliyeva: Dayanıqlı şəhərsalma yalnız infrastruktur məsələsi deyil, həm də sosial ədalət məsələsidir

Cənubi Afrika Respublikasının Prezidenti Matamela Siril Ramafozadan

İsveçrəli mütəxəssis WUF13-ün əhəmiyyətini yüksək qiymətləndirib

ÜST rəsmisi: Mənzil yalnız fiziki məkan deyil, sağlamlıq faktorudur

Mavritaniya İslam Respublikasının Prezidenti Məhəmməd uld Şeyx əl-Qazuanidən

® “Bir Kredit BOKT” MMC 2025-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb

Malta Respublikasının Prezidenti Miriam Spiteri Debonodan

Azərbaycanın 11 rayonunda qəhvəyi mərmər bağacığı qeydə alınıb – Monitorinqlərin nəticələri açıqlandı

Claudine Karaki: Livanda mənzil böhranı artıq kimlik və mədəni irs məsələsinə çevrilib

Azərbaycan rəssamlarının əsərləri Çində nümayiş olunub

Gözlərdəki qürur, sona çatan 30 illik həsrət - Şükürbəyli sakinləri sevinclərini AZƏRTAC-la bölüşüblər

® “Azercell” “Great Place to Work®” beynəlxalq sertifikatına layiq görülüb

ABŞ Çinə yüksək səviyyəli təhlükəsizlik nümayəndə heyəti göndərir

Fərid Cəfərov: Mədəni irsin qorunması ümumbəşəri humanitar məsuliyyətdir

"Secure Model-Münaqişədən sonrakı şəhərlərin davamlı və gücləndirici mədəni canlanması" adlı panel sessiya

Patrisiya Skotland: Azərbaycanın “ağıllı şəhər” yanaşması artan qlobal çağırışlara cavab verir

Balay Qaroma: Efiopiya Bakının dövlət xidmətlərindəki mütərəqqi təcrübələrini nümunə götürə bilər

® ABB şahmat çempionatının qalibi olub

Birinci Bakı Türkoloji Qurultayının 100 illik irsi: Almatı simpoziumu

İsmail Serageldin: Qlobal şəhərsalma siyasətində əsas prioritet yerli icmaların gücləndirilməsi olmalıdır

Bəşir Hacıyev: Kəlbəcərin inkişafında özəl sektorun iştirakı və investisiyaların cəlbi prioritet istiqamətlərdəndir

Haya Əl-Ağa:Qəzzada mənzil əlçatanlığı məcburi köçkünlər üçün ən ciddi problemdir

WUF13: “Milli iqlim planlarının şəhər məzmunu ilə bağlı UN-Habitat hesabatı” mövzusunda sessiya başlayıb

ABŞ bankları müştərilərinin vətəndaşlığını daha ətraflı yoxlayacaq

Prezidentin xüsusi nümayəndəsi: Azad olunmuş ərazilərdə dayanıqlı məskunlaşma mərhələli və kompleks yanaşma tələb edir

Bakıda CACFish-in regional ekspert görüşü keçirilib

Respublika fənn müsabiqələrinin final mərhələsinə 1334 nəfər vəsiqə qazanıb

Növbəti panel sessiyada şəhərlərin insan psixologiyasına təsiri müzakirə edilib - YENİLƏNİB

Koreya Respublikasının Prezidenti Li Cemyöndən

Sadegh Sadeghpour: Münaqişələr yaşayış məntəqələrinin sosial və iqtisadi strukturuna ciddi təsir göstərir

İsveçin Kralı XVI Karl Qustavdan

Muslim Qazimi: 2030-cu ilə qədər İraqın ümumi əhalisi 50 milyonu keçəcək

Belçikalıların Kralı Filipdən

Mərakeşin Kralı VI Məhəmməddən

BMT-nin dayanıqlı şəhərlər elçisi: WUF13 qlobal konsensusun praktik rəqəmsal alətlərə transformasiyasına kömək edir

Xorvatiya Respublikasının Prezidenti Zoran Milanoviçdən

Futbol üzrə Almaniya millisinin dünya çempionatı üçün heyəti açıqlanıb

Bəşir Hacıyev: Əsas prioritet ondan ibarətdir ki, qurulan infrastruktur inkişaf gözləntilərimizi də qarşılasın

Çex Respublikasının Prezidenti Petr Paveldən

Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisidən

® “Araz” supermarketlər şəbəkəsi “Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin qalibi olub

Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səuddan

İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səuddan

Ombudsman Aparatı və AFFA “Sabah” klubunda uşaq hüquqları ilə bağlı maarifləndirici təlim təşkil edib

UN-Habitat rəsmisi: Könüllülərin fəaliyyətini yüksək qiymətləndirirəm

Panel: Mənzil təminatı şəhərləri bir araya gətirdikdə: Praktikada yerli əməkdaşlıq

Davamlı inkişafın açarı: müasir şəhərsalma və qlobal tendensiyalar

Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının 2026-cı ilin iyun ayında vətəndaşların qəbulu CƏDVƏLİ