WUF13 çərçivəsində “Boston Consulting Group”un qlobal şəhərlər reytinqinin yeni nəşrinin təqdimatı olub
Bakı, 21 may, AZƏRTAC
Bakıda davam edən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Boston Consulting Group” (BCG) qlobal şəhərlər reytinqinin yeni nəşrinin təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, “Urban Expo” sərgisindəki Azərbaycan pavilyonunda baş tutan təqdimatda reytinqdə şəhərlərin hansı parametrlərinin əsas götürüldüyü barədə məlumat verilir, şəhərlərin gələcəyi haqqında müzakirələr aparılır.
Qeyd edək ki, qlobal konsaltinq şirkəti olan BCG-nin baş ofisi ABŞ-nin Massaçusets ştatının Boston şəhərində yerləşir. Qlobal şəbəkəyə malik şirkətin 50 ölkədə 90-dan çox ofisi var. BCG 2010-cu illərin əvvəllərindən Azərbaycanda tərəfdaşlarla əməkdaşlıq etməyə başlayıb. BCG-nin konsaltinq xidmətləri Azərbaycanda yerli, beynəlxalq və dövlət sektoru şirkətlərini əhatə edir.
“Boston Consulting Group”, həmçinin Bakı şəhərinin Baş planının hazırlanması işinə cəlb edilib, beynəlxalq strateji məsləhətçi olan BCG-nin dəstəyi ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən paytaxtın inkişaf konsepsiyası işlənilib.