Bakı-Tbilisi marşrutunda bütün siniflər üzrə minimal tariflər açıqlanıb
Bakı, 21 may, AZƏRTAC
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) Bakı-Tbilisi-Bakı marşrutu üzrə hərəkət edəcək sərnişin qatarlarında bütün siniflər üzrə minimal tarifləri elan edib.
AZƏRTAC "Azərbaycan Dəmir Yolları"na istinadla xəbər verir ki, sərnişinlərə "Komfort", "Komfort+" və "Lüks" sinifləri üzrə xidmət göstəriləcək. Marşrut boyu müxtəlif stansiyalardan (Bakı, Yevlax, Gəncə, Ağstafa və Böyük Kəsik-Qardabani) Tbilisi istiqamətinə olan qiymətlər belədir:
"Komfort" sinfi üzrə tariflər
Bakı – Tbilisi: 81 AZN
Yevlax – Tbilisi: 67 AZN
Gəncə – Tbilisi: 62 AZN
Ağstafa – Tbilisi: 57 AZN
Böyük Kəsik – Qardabani: 51 AZN
"Komfort+" sinfi üzrə tariflər
Bakı – Tbilisi: 117 AZN
Yevlax – Tbilisi: 94 AZN
Gəncə – Tbilisi: 86 AZN
Ağstafa – Tbilisi: 78 AZN
Böyük Kəsik – Qardabani: 68 AZN
"Lüks" sinfi üzrə tariflər
Bakı – Tbilisi: 180 AZN
Yevlax – Tbilisi: 144 AZN
Gəncə – Tbilisi: 132 AZN
Ağstafa – Tbilisi: 120 AZN
Böyük Kəsik – Qardabani: 102 AZN.