WUF13 çərçivəsində “Yeni inkişaf üçün tranzityönümlü planlaşdırma” mövzusunda sessiya başlayıb
Bakı, 21 may, AZƏRTAC
Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Yeni inkişaf üçün tranzityönümlü planlaşdırma” mövzusunda sessiya keçirilir.
AZƏRTAC xəbər verir ki, sessiyada sürətli urbanizasiya fonunda torpaq resurslarının dayanıqlı idarə olunması, mənzil və infrastruktur çatışmazlığı, eləcə də şəhər–kənd əlaqələrinin gücləndirilməsi məsələləri müzakirə ediləcək.
Eyni zamanda, şəhər və kənd iqtisadiyyatlarının inteqrasiyası xüsusi diqqət mərkəzində olacaq. Bu çərçivədə istehsal, logistika, bazar və xidmət zəncirlərinin birləşdirilməsi vasitəsilə iş yerlərinin yaradılması, miqrasiyanın azaldılması və regionlararası balanslı inkişafın təmin edilməsi məsələləri gündəmə gətiriləcək.
Müxbir: Vüsalə Səfərova