Fələstinli memarlar WUF13-də Azərbaycanın şəhərsalma təcrübəsini öyrənirlər
Bakı, 21 may, AZƏRTAC
Fələstindən WUF13-də iştirak edən memarlar var. Onlar Azərbaycan təcrübəsini öyrənməyə çalışırlar.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Azərbaycanda səfərdə olan Fələstin Dövlətinin yerli özünüidarəetmə naziri Sami Hijjavi deyib.
Nazir bildirib ki, fələstinli memarlar yenidənqurma işləri və şəhərsalma sahəsində Azərbaycanın təcrübəsini öyrənərək onu öz ölkələrində tətbiq etməyə çalışırlar.
“Əminliklə deyə bilərəm ki, memarlarımız buradan xoş təəssüratlarla ayrılacaqlar”,- deyə Sami Hijjavi vurğulayıb.
Müxbir – Aysel Azadqızı
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.05.2026 [17:48]
Rohit Ciqyasu: Şəhərlərin kortəbii inkişafı təbii fəlakət risklərini artırır
- 21.05.2026 [17:41]