İsveçrəli mütəxəssis WUF13-ün əhəmiyyətini yüksək qiymətləndirib
Bakı, 21 may, AZƏRTAC
BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) və burada müzakirə olunan mövzular şəhərlərin gələcək inkişafına, həqiqətən də təsirli və böyük töhfələr verir.
Bu barədə AZƏRTAC-a açıqlamasında İsveçrənin Sürix şəhərində yerləşən Texniki Universitetin Arxitektura və Şəhər Planlaşdırma Departamentinin mütəxəssisi Melika Konjicanin deyib. Onun sözlərinə görə, dünyanın müxtəlif ölkələrindən olan mütəxəssislərin bir araya gəlməsi və qlobal problemləri şəxsi dialoq vasitəsilə müzakirə etməsi xüsusi əhəmiyyət daşıyır. Bu platforma sayəsində dünyanın fərqli regionlarında həyata keçirilən layihələri və inkişaf meyillərini birbaşa görmək, öyrənmək mümkündür.
M.Konjicanin, həmçinin vurğulayıb ki, qazanılan bu ilkin təcrübələrin mütəxəssislərin öz doğma ölkələrində və şəhərlərində uğurla tətbiq edilə bilər. Bu kontekstdə Bakının şəhərsalma sahəsində qlobal dialoq mərkəzinə çevrilməsi və mütəxəssisləri eyni məkanda toplaması şəhərlərin gələcəyi üçün olduqca vacib bir addımdır.