Alina Bisembaeva: TOD yanaşması şəhər nəqliyyatını daha səmərəli və əlçatan edir
Bakı, 21 may, AZƏRTAC
TOD yanaşması davamlı mobillik sisteminin layihələndirilməsi şəhər nəqliyyatına əsaslanan rayonlaşdırma və infrastruktur dizaynı ilə həyata keçirilir, beləliklə şəhər nəqliyyatı daha səmərəli, əlçatan və hər kəs üçün rahat olur.
AZƏRTAC xəbər verir ki, bu sözləri Qazaxıstanda yerləşən “STEP City” təşəbbüsünün təsisçisi və idarəedici partnyoru Alina Bisembaeva Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Yeni inkişaf üçün tranzityönümlü planlaşdırma” mövzusunda sessiyada çıxışı zamanı deyib.
O qeyd edib ki, Yaponiyada TOD-un dünyadakı ən sistemli və mükəmməl versiyası tətbiq olunur.
“Ölkənin Tokyo, Hankyu və digər iri özəl dəmir yolu şirkətləri tarixi inkişaf prosesində yalnız sərnişin daşımaları ilə məşğul olmamış, eyni zamanda, öz dəmir yolu xətləri boyunca yerləşən torpaq sahələrinin əsas inkişaf etdiriciləri kimi çıxış ediblər. Bu inteqrasiya nəqliyyat sisteminin maliyyələşdirilməsi ilə yanaşı əmlak bazarının da paralel şəkildə inkişafını təmin edib”,- deyə o əlavə edib.
Müxbir- Vüsalə Səfərova