Anar Kərimov: ICESCO mədəni irs qeydiyyatında UNESCO-ya tamamlayıcı dəstək veririk
Bakı, 21 may, AZƏRTAC
ICESCO mədəni irs obyektlərinin qeydiyyatında UNESCO-nun fəaliyyətini tamamlayır və dəstəkləyir.
AZƏRTAC xəbər verir ki, bunu ICESCO-nun Tərəfdaşlıq və Beynəlxalq Əməkdaşlıq sektorunun rəhbəri Anar Kərimov mayın 21-də BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən "Secure Model-Münaqişədən sonrakı şəhərlərin davamlı və gücləndirici mədəni canlanması" adlı panel sessiyada videobağlantıda çıxışı zamanı söyləyib.
"Bizim “qeydiyyat prosesi” adlandırdığımız mərhələ “yuxarıya hazırlıq” mərhələsidir. Yəni bu, üzv dövlətlərin obyektləri Dünya İrs Siyahısına təqdim etməsi üçün nominasiya sənədlərinin hazırlanmasına dəstək verən mərhələdir", - deyə o bildirib.
Anar Kərimovun sözlərinə görə, ICESCO üzv dövlətlərə qlobal standartlara uyğun nominasiya dosyelərinin hazırlanmasında yardım göstərir və bu prosesi dəstəkləyici mexanizm kimi görür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [19:31]
Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub
- 27.09.2026 [17:46]
Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb
- 27.09.2026 [12:25]
Sumqayıt teatrında Anım Günü ilə əlaqədar “Ölməz” tamaşası təqdim edilib
- 26.09.2026 [18:04]
Tacikistanın Baş naziri Azərbaycan Milli Xalça Muzeyini ziyarət edib
- 26.09.2026 [10:52]
Şuşada “Qarabağ gecəsi” xeyriyyə konserti
- 25.09.2026 [19:40]