Haya Əl-Ağa:Qəzzada mənzil əlçatanlığı məcburi köçkünlər üçün ən ciddi problemdir
Bakı, 21 may, AZƏRTAC
Qəzzada davam edən humanitar böhran mənzil əlçatanlığı və şəhər infrastrukturuna ciddi təsir göstərir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Xan Yunis Bələdiyyəsinin şəhər mühəndisi Haya Al-Agha Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində BMT-Habitat və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Yaxın Şərq böhranı və onun qlobal mənzil və şəhərsalma təsirləri” mövzusunda tədbirdə çıxışı zamanı səsləndirib.
O bildirib ki, Qəzzaya daxil olan tikinti materiallarının məhdud həcmi onların qiymətlərinin kəskin şəkildə artmasına səbəb olub.
“Nəticədə hətta ən əsas sığınacaq və bərpa işlərinin həyata keçirilməsi belə olduqca çətinləşib. Bölgədə iqtisadi vəziyyət sürətlə pisləşməkdə davam edir.
Yaşayış mənbələrinin itirilməsi, genişmiqyaslı işsizlik və həyat xərclərinin artması minlərlə ailəni ən elementar ehtiyaclarını belə qarşılamaq imkanından məhrum edib”, – deyə o bildirib.
Müxbir - Səbinə Əlizadə