GUAM-ın qərargahında cinayətkarlığa qarşı mübarizənin əlaqələndirilməsi məsələləri müzakirə edilib
Kiyev, 9 dekabr, AZƏRTAC
Kiyevdə, GUAM Katibliyində cinayətkarlığa qarşı mübarizənin əlaqələndirilməsi məsələlərinə dair işçi qrupunun nazirlər və idarə başçıları səviyyəsində 17-ci iclası olub. İclasda GUAM-ın üzvü olan bütün ölkələrin nümayəndələri iştirak ediblər. Bu barədə AZƏRTAC-a qurumun Kiyevdəki qərargahından məlumat verilib.
Tərəflər ikigünlük müşavirədə işçi qrupunun 2014-cü ilin nəticələrinə görə hesabatını, 2015-ci il üçün fəaliyyət planını nəzərdən keçirərək qəbul ediblər. Nümayəndə heyətləri diplomatik kanallarla müvafiq qərar əldə olunana qədər işçi qrupunun əlaqələndirmə funksiyalarının Ukrayna tərəfindən yerinə yetirilməsi müddətini uzatmaq barədə razılığa gəliblər.
İşçi qrupunun növbəti profil iclasını 2015-ci ilin noyabr-dekabr aylarında keçirmək planlaşdırılır.
Zeynal Ağazadə
AZƏRTAC -ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]
Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub
- 28.09.2026 [23:56]
Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb
- 28.09.2026 [23:04]
Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
- 28.09.2026 [22:45]
Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb
- 28.09.2026 [21:15]
Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib
- 28.09.2026 [20:14]
“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb
- 28.09.2026 [20:02]
Bu saata olan əsas xəbərlər
- 28.09.2026 [20:00]
Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq
- 28.09.2026 [19:58]