GUAM ZİRVƏ GÖRÜŞÜNÜN İŞTİRAKÇILARI BƏZİ MÜQAVİLƏLƏRİ TEZLƏŞDİRİRLƏR
İlk növbədə, GUAM üzvlərinin 2002-ci ildə imzaladıqları azad ticarət zonası yaradılması haqqında müqavilənin icrasını sürətləndirmək nəzərdə tutulur. A.Veselovski demişdir ki, bu məsələ iqtisadiyyat, energetika, nəqliyyat və gömrük xidməti nazirlərinin iclası çərçivəsində müzakirə olunacaqdır. Bundan əlavə, gömrük məsələləri üzrə qarşılıqlı anlaşma və əməkdaşlıq, səhiyyə, fövqəladə hallar sahəsində əməkdaşlıq haqqında müqavilələrin, habelə ticarət və daşınmaya yardım haqqında memorandumun icrası da tezləşdiriləcəkdir.
GUAM-ın üzvü olan ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclasında əsas nizamnamə sənədləri, habelə 2006-cı il üçün fəaliyyət planı müzakirə ediləcəkdir.
A.Veselovski demişdir ki, zirvə görüşünün əsas vəzifəsi “Demokratiya və iqtisadi inkişaf uğrunda təşkilat – GUAM” beynəlxalq qurumunun yaradılması olacaqdır. Təşkilat yenicə formalaşdığı üçün onu genişləndirmək perspektivlərindən danışmaq hələ tezdir. Yeni beynəlxalq təşkilatın nizamnamə sənədləri müşahidə funksiyalarının yerinə yetirilməsini nəzərdə tutur. Bu və ya digər səbəblərə görə qurumun üzvü ola bilməyən dövlətlər nizamnamə sənədlərinə əsasən, təşkilatın tərəfdaşları ola bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [16:28]
Mao Nin: Çin-Azərbaycan münasibətləri güclü artım tempini qoruyub saxlayıb
- 12.10.2026 [15:35]
Laos Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
- 12.10.2026 [13:46]
Kambocanın Baş naziri Zəfər parkını ziyarət edib
- 12.10.2026 [11:47]