Güclü leysan Gürcüstanın qərb bölgəsində bir sıra ciddi problemlər yaradıb
Tbilisi, 4 oktyabr, AZƏRTAC
Güclü leysan yağışları Gürcüstanın qərb bölgəsində bir sıra fəsadlar törədib. Kobuleti-Saxalvaşo istiqamətində avtomagistralda ciddi problemlər yaranıb. Kobuleti, Xelvaçauri və Şuaxevi bələdiyyələrində sel nəticəsində yerli əhəmiyyətli yollarda yol örtüyü dağılıb.
AZƏRTAC xəbər verir ki, sözügedən avtomobil yollarında hərəkət dayandırılıb.
Kobuletidə güclü yağış nəticəsində torpaq sürüşməsi aktivləşib.
Ozurqeti Bələdiyyəsində də güclü yağış bir sıra fəsadlar törədib, o cümlədən bir sıra evləri su basıb.
Potidə yağan güclü yağış şəhərin bir sıra küçələrində hərəkəti iflic edib. Küçələri, həyətləri, yaşayış evlərinin birinci mərtəbələrini su basıb.
Ozurqeti Bələdiyyəsinin Şekvetili kurort mərkəzindəki Natanebi çayı üzərindəki körpünün bir hissəsi uçub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi