GÜCLÜ YANĞIN BAŞ VERMİŞDİR
Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin ictimaiyyətlə əlaqələr mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, Binəqədi rayonunun Xocahəsən qəsəbəsindəki Sulutəpə yaşayış massivində yaşayan Əfəndi İsgəndərova məxsus birmərtəbəli dördotaqlı evdə güclü yanğın baş vermişdir. Nəticədə ümumi sahəsi 100 kvadratmetr olan üç otaq əşyaları ilə birlikdə yararsız vəziyyətə düşmüşdür.
Xətai rayonunun Ərzurum qəsəbəsində isə Rəşid Sadıqova məxsus taxta konstruksiyadan ibarət köməkçi tikili əşyaları ilə birlikdə yanmışdır.
Yanğınların səbəbləri araşdırılır.