Güləşçimiz Elis Manolova fərdi dünya kuboku yarışlarında bürünc medal qazanıb
Bakı, 16 dekabr, AZƏRTAC
Serbiyanın paytaxtı Belqradda güləş üzrə fərdi dünya kuboku yarışları davam edir.
AZƏRTAC xəbər verir ki, güləşçimiz Alyona Kolesnik (57 kq) ilk görüşdə hindistanlı idmançıya məğlub olub. Rəqib finala yüksəldiyi üçün A.Kolesnik dekabrın 16-da təsəlliverici görüşə çıxıb və alman həmkarına qalib gələrək bürünc medal uğrunda qarşılaşmaya vəsiqə qazanıb. Həlledici görüşdə sonuncu xal prinsipinə əsasən A.Kolesnik beşinci olub.
Mübarizəyə dörddəbir finaldan start verən Elis Manolova (65 kq) isə Moldova təmsilçisinə uduzub. Rəqib finaladək irəliləyib. Bu isə güləşçiyə bürünc medal uğrunda mübarizə aparmaq şansı yaradıb. Türkiyə güləşçisini üstələyən E.Manolova fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən İslambek Dadov (67 kq) gümüş, Eldəniz Əzizli (55 kq) və Beka Kandelaki (130 kq) bürünc medal əldə ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [16:47]
“Sabah”ın futbolçusu Azərbaycanın U-20 millisinin heyətindən çıxarılıb
- 02.10.2026 [16:09]
Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb
- 02.10.2026 [16:02]
Renat Dadaşov Litva ilə matçda oynaya bilər
- 02.10.2026 [15:18]
Xankəndidə Futbol Akademiyası yaradılacaq
- 02.10.2026 [14:09]
Dünya Kuboku: Azərbaycan üzgüçüləri yeni rekordlara imza atıblar
- 02.10.2026 [12:52]