Güləşçimiz Maqomedxan Maqomedov Avropa çempionatında gümüş medal qazanıb
Bakı, 18 aprel, AZƏRTAC
Sərbəst güləş üzrə millimiz Xorvatiyanın paytaxtı Zaqrebdə təşkil olunan Avropa çempionatında növbəti medalını qazanıb.
AZƏRTAC xəbər verir ki, çempionatda 97 kiloqram çəki dərəcəsində çıxış edən güləşçimiz Maqomedxan Maqomedov səkkizdəbir finalda italiyalı Benjamin Honisi vaxtından əvvəl məğlub edib - 12:1. Təmsilçimiz dörddəbir finalda isveçrəli Samuel Şerrə də eyni aqibəti yaşadıb - 11:0. M.Maqomedov yarımfinalda ötən il Avropa çempionatının finalında məğlub etdiyi Vladislav Baytsayevlə (Macarıstan) qarşılaşıb. Növbəti dəfə bu rəqibinə inamla (6:0) qalib gələn Avropa çempionumuz yenidən qitə birinciliyinin finalına vəsiqə qazanıb. Güləşçimiz titul uğrunda gürcüstanlı Givi Matçaraşvili ilə qarşılaşıb. Rəqibinə 3:4 hesabı ilə məğlub olan güləşçimiz gümüş medalla kifayətlənib.
Qeyd edək ki, daha əvvəl digər güləşçilərimiz Əliabbas Rzazadə (57 kq) və Hacı Əliyev (70 kq) Avropa çempionatında qızıl medal qazanıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [12:05]
Azərbaycan idmançıları savat üzrə Avropa çempionatında 2 medal qazanıblar
- 29.09.2026 [11:51]
Afrika Millətlər Kuboku üçün alternativ ev sahibləri axtarılır
- 29.09.2026 [11:23]
Bakıdakı Dünya Kubokunda 44 ölkədən 216 üzgüçü mübarizə aparacaq
- 29.09.2026 [11:02]
“Xankəndi” klubunun yeni baş məşqçisi bəlli olub
- 29.09.2026 [10:21]
Avarçəkmə və kanoe üzrə Mingəçevir Reqatası bu gün Füzulidə start götürəcək
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]
Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub
- 28.09.2026 [23:56]
Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb
- 28.09.2026 [23:04]
Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
- 28.09.2026 [22:45]